Xəbər lentiwidget-title-icon

Bakıda bu stadion təmirə bağlanır
Rövşən Nəcəf Ayxan Abbasovun işi haqda danışdı
AFFA-ya 61 milyon manat daxil olub
“Neftçi”nin futbolçuları autizmli gənclərlə görüşüblər
Böyük İpək Yolu beynəlxalq turnirinin açılış mərasimi baş tutub
“Turan” və “DH Volley” yarımfinala yüksəldi - Yüksək Liqa
MOİK - “Cəbrayıl” matçında 3 qol - VİDEO
Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək
Bu millinin məşhur baş məşqçisi İSTEFA VERDİ
Yüksək Liqada iki oyun baş tutmadı
Azərbaycanlı referi UEFA yarışlarında iki oyun idarə edib
“Artıq istənilən komandaya problem yarada biləcək gücdəyik” - AÇIQLAMA
AFFA klublara futbolçuları izləmələri üçün kameralar verəcək
Azərbaycan Basketbol Liqasında mövsümün ən yaxşıları kimlərdir?
Birinci Liqada 13 günlük fasilə başa çatır
Cahangir Fərəcullayev: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
"Qarabağ" - "Sabah" və "Turan Tovuz" - "Zirə" matçının hakimləri açıqlanıb
“Sumqayıt” – “Neftçi” oyununun biletləri satışda
Azərbaycan şahmatçısı üçün Almaniya sınağı
Gəncədə kəmər imtahanı təşkil olunub
"Bayern"ə Keyn şoku
Almaniya klubunda yeni müqavilə - RƏSMİ
"Liverpul"da ciddi itki
Azərbaycanı 43 boksçu təmsil edəcək
Birinci Liqada həftənin təyinatları

"Sabah"la oyunda bir xal da qazansaydıq..." - Rəşad Sadıqov

"Emosional oyun alındı. Güclü rəqibə qarşı oynayırdıq. Qarşımızda matça aqressiv başlayan rəqib var idi. İlk yarıda daha çox müdafiə olunurduq, rəqib hücumlar qururdu. Çoxsaylı standart vəziyyətlər oldu. Dönən toplar, zərbələr komanda üzərində basqı yaratdı. İlk hissənin sonunda rəqib emosional addım atdı və qırmızı vərəqə qeydə alındı. Bundan sonra say üstünlüyümüz yarandı. İkinci hissədə komandamız say üstünlüyündən yaxşı istifadə etdi. Aydın məsələdir ki, 10 nəfərlə 11 futbolçuya qarşı oynamaq daha çətindir. Şükürlər olsun ki, ondan istifadə edərək sonda çox vacib üç xal qazandıq. Futbolçularımı təbrik edirəm. Hesabın bərabərə bitməsi də mümkün idi. Lakin son dəqiqədə fərqləndik. "Sabah"la səfər oyunundan üç xal götürmək ekstra qazanılan xallardır. Bu bizi çox sevindirir. Artıq önümüzdəki matçlara baxacağıq".

Pressing.az
xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 12-ci turunun "Sabah"a (0:1) qarşı keçirilmiş oyunundan sonra mətbuat konfransında deyib.

- "Qarabağ" dünən üç xal qazanaraq liderliyə yüksəlmişdi. Bu gün liderliyi onların əlindən yenə aldınız. Gedişat uzun müddət davam edəcək? Tab gətirə biləcəksiz?

- Meydana çıxıb xal qazananda, sırf liderlik üçün etmirik. Hazırda 24 xal qazanmışıq, amma geriyə boylananda rəqiblərin yaxında olduğunu görürük. Biz bu dəqiqə liderliyə və ya birinci pilləyə köklənməmişik. Hər oyuna çıxırıq ki, xal və ya xallar qazanaq. Oyunun harada olmasından, rəqibin kimliyindən də çox şey asılıdır. "Sabah"la oyunda bir xal da qazansaydıq, bizim üçün yaxşı nəticə sayılacaqdı. Təbii ki, say üstünlüyü olduğundan istədik bunu nəticəyə yansıdaq, üç xal qazanaq. Amma dünən "Qarabağ" qalib gəlib deyə, bu gün biz mütləq qalib gəlməliyik fikirləri absurd olardı. Özü də, "Sabah"la oynayırdıq. Bu, komanda üzərində əlavə yük və stress deməkdir. Sırf matça köklənmişdik. Bilirdik ki, "Sabah" böyük istəklə oynayacaq. Aramızda 8 xal fərq var. Son matçda da yaxşı oynayaraq "Neftçi" üzərində qələbə qazanmışdılar. Hər halda, biz sonda qolumuzu vurub üç xalı qazanmağı bacardıq.

Oxşar xəbərlər

Bütün xəbərlər