Xəbər lentiwidget-title-icon

“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!

Adrian Mutu: "Hələ ki üç gündən bir oynamağa tam hazır deyilik"

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 1-ci turunun "Kəpəz"lə oyunundan sonra mətbuat konfransında iştirak edib.

Pressing.az
xəbər verir ki, rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Komanda yorğun idi. Hələ ki üç gündən bir oynamağa tam hazır deyilik. İlk hissdə epizodları qola çevirə bilmədik. Böyük səhv etdik və bu, penalti ilə nəticələndi. Rəqib də bizi cəzalandırdı".

- Sanki futbolçularınızın fikri "Beşiktaş"la oyundadı. Rəqibi təhlil etmisiz?

- "Beşiktaş"la matçda da ağlımızdan yalnız qələbə keçir. Gəncəyə qalibiyyət üçün gəlmişdik. Məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə olardı. Amma istənilən halda, "Kəpəz"i qələbə münasibəti ilə təbrik edirəm.

- Premyer Liqanın çempionluğa namizəd komandaları - "Qarabağ" və "Neftçi" ilk turda məğlub oldu. Demək olar ki, bu mövsüm hər iki komanda üçün çətin keçəcək?

- Bayaq dediyim kimi, üç gündən bir oynamaq çətindir. Xüsusən də bu cür isti havada. Çempionata qaldıqda, bəli, çətin olacağı gözləniləndir.

- "Qalatasaray"ın futbolçusu Olimpiu Morutanın adı "Neftçi" ilə hallanır. Bu haqda nə deyə bilərsiniz?

- Bu haqda heç nə yoxdur.

Oxşar xəbərlər


Bütün xəbərlər