Xəbər lentiwidget-title-icon

“Qarabağ”la oyunda “Neftçi” azarkeşləri üçün 7 sektor ayrılıb
"Sabah"ın futbolçusu ÇL-in rəmzi heyətində
1-ci Liqa: "Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
"Barselona" cəbhəsində Rafinya sevinci
"Kəpəz"də daha bir sponsor
Azərbaycan Asiya Açıq Turnirinə 27 cüdoçu ilə yollanır
"İnter"də ciddi itki
Azərbaycan klubları Avropa Kubokunda iştirak edəcək
AFFA-da 2027/28 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib
15 oktaybr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Minifutbol üzrə Azərbaycan millisi pley-offda!
Azərbaycan millisinin tarixində ilk
İtaliya klubunda yeni baş məşqçi - RƏSMİ
Azərbaycan yığması Slovakiyaya qarşı
Məşhur futbolçu Qətər klubunda - RƏSMİ
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular məlumdur
"Qarabağ" - "Neftçi" oyununu o idarə edəcək
Avropa Kuboku: “Kür”ün növbəti mərhələdəki rəqibi məlumdur
AFFA-da islahat adı altında xaos: Rövşən Nəcəf nəyi gözləyir?
“Sabah” “Trabzonspor”a məğlub olub
“Neftçi” Latviya klubuna uduzdu
Yunuszadənin komandasının oyunu yarımçıq dayandırılıb
"Real"dan geridönüş, "Fənərbağça" böyük hesabla uduzdu - NƏTİCƏLƏR
36 yaşlı Henderson birincidir
Azərbaycan güləşçiləri DÇ-nin yekun hazırlığına başlayıb

Mahir Emreli Azərbaycan millisindən uzaqlaşdırılsın!

Mahir yenidən Polşaya qayıtdı, özü də nə qayıtdı...

Emreli sanki bu ölkədə oynamaq üçün doğulub. İllər əvvəl legioner karyerasına da elə Polşada – "Legiya"da başlamışdı. Sonra nə oldu, nə olmadı, getdi Xorvatiyaya. Əksər oyunlarda ehtiyatda qalmasaydı, elə Zaqreb "Dinamo"sunda da adından söz etdirə bilərdi. Ardınca Türkiyəyə yollandı, qısa müddət "Konyaspor"un uğurları üçün çalışdı. Yolu Bundesliqa 2-dən də keçdi. Miroslav Klozenin sevimli futbolçularından birinə çevrildi. Əlqərəz, yenidən Polşaya geri döndü.

Demək olar ki, "Rakuv"un hər oyununda qol vurur. Bu komandanın bütün matçları üçün futbol aplikasiyalarında bildirişi açıq qoymuşam. Qol mesajı gələn kimi artıq hissiyyat yaranıb ki, ekranda "Mahir Emreli" yazılacaq. Məsələn, dünən "Yagelloniya" ilə oyundakı kimi...

... Mahir həm də Azərbaycan millisinin üzvüdür axı. Gedir Avropada şou göstərir, hər oyun tabloda adı yazılır, şərhçilər onun soyadını qışqırır. Amma Avropada qazandığı reputasiyanı, şöhrəti gəlib Azərbaycan millisində "xərcləyir". Alınmır ki alınmır. Mahir Emreli Azərbaycan millisinin heyətində ən zəiflərdən olur əksərən. Görəsən, niyə belədir?

İnişil Latviyada olarkən, millimizin bu yığma ilə yoxlama oyunundan sonra elə Pressing.az-ın əməkdaşının Emreliyə verdiyi "Mahir, Avropada qolları sıralayırsan, amma sanki millidə tilsim var. Bunun səbəbi nədir" sualına futbolçu "Biz millidə başqa, klublarda isə tam başqa futbol oynayırıq" demişdi. Bu da sosial şəbəkələrdə müzakirəyə səbəb olmuşdu. Mahiri "linç" edirdilər. Amma Emreli elə bil dolayısı ilə deyirdi ki, "Avropada oynadığım futbolçularla Azərbaycan millisindəki komanda yoldaşlarımı səhv salmayın. Yerdən-göyə qədər fərq var".

Qəribə səslənəcək, amma bəlkə Mahir milliyə çağırılmasın? Vallah, o boyda yol qət edib gəlir, klubdakı tempdən qalır. Üstəlik, gəlib Azərbaycan millisi ilə uğursuzluğa düçar olub, lap da motivasiyadan düşür. Onsuz da Mahir oldu, olmadı, güya Azərbaycan yığması nə nailiyyətə imza atacaq potensialdadır ki? Əlinizdəkilərlə idarə edəsiz bəlkə? Bu milli uzun illərdir sadəcə ölkənin adını beynəlxalq arenada təmsil edən bir komanda olsun deyə var. Emreli "zatən" ölkəmizi Avropada layiqincə təmsil edir. Gəlib millidə oynayıb-oynamamasının nə fərqi var?

Əziyyət verməyin Mahirə...

Orxan İsmayılov

Oxşar xəbərlər

Bütün xəbərlər