Türkiyəli jurnalist: "Eren Aydın Rəşad Sadıqovun sayəsində parlayıb, yenidən "Qalatasaray"a qayıda bilər"
Bir vaxtlar “Qalatasaray”ın da formasını geyinən və ötən mövsümün qış fasiləsində “Zirə”yə transfer olunan Eren Aydın yeni mövsümə möhtəşəm start verərək diqqətləri üzərinə çəkməyi bacardı. UEFA Konfrans Liqasının təsnifat mərhələsində “Zirə”nin “Torpedo"ya qarşı keçirdiyi iki oyunda ümumilikdə 2 qol və 1 məhsuldar ötürmə ilə ulduzlaşan 23 yaşlı futbolçu sanki əvvəlki günlərinə qayıtdığının siqnalını verdi".
Bu sözləri Pressing.az-a türkiyəli idman jurnalisti Muhammet Duman "Zirə"nin yeni transferi Eren Aydınla bağlı fikirlərini bölüşərkən deyib. Həmkarımız 23 yaşlı hücumçunun bir neçə mövqedə oynamaq potensialına malik olduğunu və "Zirə"nin çıxışına öz performansıyla töhfə verəcəyini bildirib:
"Həm sağ, həm sol cinahlarda, həm də mərkəz hücumçusu mövqeyində çıxış edə bilən Eren Aydının çoxşaxəli oyun üslubu ilə bu mövsüm “Zirə"yə mühüm töhfə verəcəyinə inanıram. 2022-ci ildə Eren Aydından müsahibə almışdım. Onun son dövrlərdə nümayiş etdirdiyi performansa yaxından bələd olan jurnalistlərdən biriyəm. Gənc futbolçunun “Zirə”dəki çıxışına toxunmazdan əvvəl sizi bir qədər keçmişə aparmaq istəyirəm. “Qalatasaray”ın akademiyasında yetişən və 2020/21 mövsümündə U-19 İnkişaf Liqasında vurduğu 20 qolla bombardir olan Aydın, həmin liqada keçirdiyi 30 oyunda 25 qol və 6 məhsuldar ötürmə ilə də diqqətləri üzərinə çəkmişdi. O, “Qalatasaray”ın əsas komandasının məşqçilər heyəti tərəfindən daim izlənilir və əksər hallarda əsas komanda ilə birlikdə məşqlərə çıxırdı. Eren Aydın “Qalatasaray”ın gələcək vəd edən futbolçularından biri hesab olunurdu.
Eren "Qalatasaray"ın cinah mövqelərində Barış Alper Yılmaz, Yunus Akgün və ya Kerem Aktürkoğlu kimi böyük potensiala malik futbolçu idi. Onun sürəti, rəqibləri aldatmaq bacarığı və təkbətək mübarizələrdəki uğuru həqiqətən də heyranedici səviyyədə idi. Gənc futbolçunun ambisiyası əsas komandanın oyunçularından heç də geri qalmırdı. Həmin dövrdə "Qalatasaray"ın hücumçuları olan Bafetimbi Qomis və Mustafa Mohamed məşqlərdə Erenlə xüsusi maraqlanırdılar".
M.Duman türkiyəli futbolçunun Rəşad Sadıqovun rəhbərlik etdiyi komandada daha da "artıraraq" gələcəkdə böyük klubların diqqətini çəkə biləcəyini söyləyib:
"Eren 7 nömrəli formanı geyinərək "Torpedo" ilə oyunlarda azarkeşlərə sanki Rikardo Kuareşmanın oyununu xatırladan əsl futbol nümayiş etdirdi. Baş məşqçi Rəşad Sadıqov gənc futbolçunun potensialına ürəkdən inanır və onun əsl istedadını üzə çıxarmaq üçün əlindən gələni edir. Ulduz futbolçu Rəşad Sadıqovun rəhbərliyi altında inkişafını davam etdirərsə, gələcəkdə Avropanın aparıcı liqalarından birinə transfer olunaraq səs-küylü keçidə imza ata bilər. Bildiyiniz kimi, “Zirə” ötən mövsüm Azərbaycan çempionatını 53 xalla 5-ci pillədə başa vurmuşdu. Komanda bu mövsüm xüsusilə “Qarabağ” və “Sabah” ilə çətin mübarizə aparacaq. Eren isə “Zirə”nin mövsümü daha yüksək pillələrdə başa vurmasına mühüm töhfə verə bilər. 23 yaşlı istedadlı futbolçu xüsusilə cinahlardakı məhsuldar oyunu ilə yeni mövsümdə qol və məhsuldar ötürmələrlə yadda qalacağını artıq sübut edib. Onun yüksək enerjisi və oyuna dinamizm qatan texniki keyfiyyətləri “Zirə”nin hücum xəttini daha da gücləndirəcək. Əgər mərkəz hücumçusu mövqeyində də istifadə olunarsa, komandanın qol yollarında ciddi problem yaşayacağını düşünmürəm. “Zirə” FK ilə Eren Aydın arasında formalaşan uyğunluq bu mövsüm azarkeşləri də böyük ölçüdə sevindirəcək. “Zirə” gənc futbolçunun karyerasında mühüm dönüş nöqtəsinə çevrilməyə hazır görünür. “Zirə”də özünü yenidən tapan Aydın bu yüksəlişini davam etdirərsə, bəlkə də bir gün çox darıxdığı “Qalatasaray”a yenidən qayıda bilər".
Daşqın Əziz