"Mundialda uğur qazanmaq üçün razılaşaq ki..." – DÇ-2026 oyunlarını stadiondan izləmiş idman jurnalisti
"Ardıcıl dördüncü dəfə iştirak etdiyim mundial idi. Əlbəttə, dünya çempionatlarında atmosfer çox fərqli və möhtəşəm olur. Mən Kanadada oyunların keçirildiyi şəhərlərdə - Toronto və Vankuverdə matçlarda oldum. Bu ölkədəki açılış mərasimini canlı gördüm, Kanada - Bosniya və Herseqovina oyununu media tribunadan izlədim".
Bu sözləri Pressing.az-a tanınmış idman jurnalisti, Sports.az saytının baş redaktoru Anar Şabanoğlu deyib. Artıq dördüncü dəfədir dünya çempionatlarında media nümayəndəsi kimi iştirak edən həmkarımızın okeanın o tayında bəzi oyunları canlı izləmək fürsəti olub.
Kanada - Bosniya və Herseqovina matçını (1:1) tribunadan izləyən Şabanoğlu sözügedən ölkədə gördüklərini və şimali amerikalıların Mərakeşə uduzaraq (0:3) mundialla vidalaşması barədə fikirlərini bölüşüb:
"Kanadalıların sokker dediyi klassik futbol burda bir az qeyri-ənənəvi idman növü sayılır.Buz hokkeyi bu ölkədə yaranıb, basketbolu Torontonun da yerləşdiyi Ontario bölgəsindən olan Ceyms Neysmit yaradıb. Kanada futbolu, beysbol və s. burda çox populyardı. Amma demək olar ki, addımbaşı hər yerdə, xüsusən parklarda klasik futbol meydançaları və uşaqlar üçün futbol məktəbləri var. Kanadanın əhalisi də futbolu heç də az sevmir. Bunu həm açılış matçında, həm sonrakı günlərdı şəhərləri gəzərkən, Fan Festivallarda olarkən hiss emək mümkün idi. Kanadada ən çox sevilən futbolçu Münhen "Bayern"inin ulduzu Alfonso Devisdi. Küçələrdə tez-tez onun 19 nömrəli köynəyi ilə gəzən kanadalılara rast gəlmək olur. Kanada millisi bu mundiala kimi 1986 və 2022-ci illərdə Meksikada və Qətərdə keçirilmiş mundiallarda iştirak ermiş, amma bütün oyunlarda uduzmuşdu.

Bu mundialda ilk heç-heçə, ilk qələbə, ilk böyükhesablı qələbəni qazandılar, pley-offa yüksəldilər. Bu, yüksək liqasında cəmi 8 klubun olduğu Kanada üçün əla nəticədi. Düzdü, MLS-də də Torontonun və Vankuverin komandaları iştirak edir. Amma ümumən mundialda uğur qazanmaq üçün razılaşaq ki, klub sayı azdı, futbolçu seçimi məhduddu. Uşaq futbolunda da mütəxəssis qıtlığı var. Kanada çox hüzurlu ölkədi. Müxtəlif ölkələrdən milyonlarla insan bura miqrasiya edir. Ağcaqayın yarpağı ölkəsində hazırda 250-dən çox millət yaşayır. Həmin Alfanso Devis də qanaəsillidi. Düşünürəm ki, zamanla Kanadada gələcəkdə futbol ölkəsinə çevrilmək üçün hər cür potensialı var".

Daşqın Əziz