“Qarabağ”ın qapıçısı oynadı, komandası qələbə qazandı
“Qarabağ” klubunun qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina milli komandasında növbəti oyununu keçirib.
Pressing.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının B Liqasının 6-cı turunda Rumıniya ilə qarşılaşmada meydana çıxıb.
Bosniya və Herseqovina yığması doğma meydanda rəqibini 2:1 hesabı ilə məğlub edib. Start heyətində yer alan Zlomisliç matçın sonunadək meydanda olub.
Bu qələbədən sonra Bosniya və Herseqovina millisi 11 xalla qrupda ikinci yeri tutub.