Xəbər lentiwidget-title-icon

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI

Regedən qələbə şərhi

"Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 25-ci turunun "Turan Tovuz"la görüşündən sonra mətbuat konfransında iştirak edib.

Pressing.az xəbər verir ki, o, matçla bağlı danışıb.

- Yaxşı oyun oldu. Matça çox yaxşı başladıq. Başlanğıcda daha çox aqressiv olmalıydıq. Necə hazırlaşmışdıqsa, nə etmək istəyirdiksə, alındı. Oyunçularımı təbrik edirəm.

Rumıniyalı mütəxəssis daha sonra media nümayəndələrinin suallarını cavablandırıb.

- Bu gün 4:0 hesabı ilə qalib gəldiniz. Bir aydan sonra "Turan Tovuz"la ölkə kubokunun yarımfinalında qarşılaşacaqsız. Futbolçularda arxayınçılıq yarana bilər?

- Yox, belə olmayacaq. Biz gücümüzü ortaya qoyduq. Tovuza gedəndə rahat, asan oyun olacağını, döyüşmək lazım gəlməyəcəyini düşünməli deyilik. Hamı bilir ki, kubok matçıdır, fərqli olacaq. Kubokun ilk matçına hələ çox var. Ona görə də, qarşıdan gələn matçlara köklənməliyik.

- Azər Əliyevi hansı mövqedə görəcəyik? Tez-tez vinger kimi görürdük onu...

- Lebon vingerdir. Vingerin cərimə meydançasına daxil olmasından sonra sol cinah müdafiəçisinin irəliyə getməsi normal haldır. Son oyunlarda futbolçuları öz mövqeyində oynatmağa çalışıram. Zədəli oyunçularımız yox idi. Ona görə də, bir neçə matçda eyni heyətlə oynamaq şansımız yaranıb. Məşqlərdə də, yaxşı oyunçularımızın iştirak etməsinə görə, səviyyəsi artmaqdadır. Sevinirəm ki, Sezar Meza Kolli qayıtdı, qolunu vurdu. Eddi də bizimlədi, oynayır. Top Kenni Sayef, Mateus Saldanya, Kilan Lebonda olanda təhlükəlidirlər. Emin yenidən qol vurmağa başladı. Oyunumuz yaxşılığa doğru gedir. Azər Əliyevə gəlincə, o, bu gün yarımmüdafiəçi kimi oynadı. Çünki bunu bacarır. Variantlarımız çoxdur. Dəyişiklik olduqda, yerli oyunçuların inkişafı barədə də fikirləşməliyik.

- Emin Mahmudovun formasını tam bərpa etdiyini söyləyə bilərik?

- Eminin problemləri barədə sizə danışmışdım. O, təlim-məşq toplanışında zədələnmişdi, xüsusi müalicə almalıydı. Məşq etmirdi. Ona görə də, performansında eniş yaranmışdı, əvvəlki kimi görünmürdü. Amma son zamanlar məşqləri və oyunları ağrısız keçir. Belədə, siz real Emini görmüş olursuz.

- Ancaq onun müqavilə məsələsinə görə əhvalının yerində olmadığı iddia edilir. Gedən söz-söhbətlərə məşqçi kimi mövqeyiniz necədir?

- Siz onun qardaşısız? Ailə üzvüsüz? Bəzi şeylər elə əminliklə deyirsiz ki. Biz burada gəzən söz-söhblətlər haqda danışmalı deyilik. Gəlin, reallıqlar, rəsmi məsələlər haqda danışaq. Bəlkə də, doğru deyirsiz. Ancaq bu danışıq futbolçu və “Neftçi” arasında gedir. Sizi əmin edə bilərəm ki, Emin komandada qalmaq istəyir. Onun “Neftçi”də qalması mənim də böyük arzum və istəyimdir. O, peşəkar futbolçudur. Karyerası ərzində bu cür anlarla çox rastlaşıb. Bu haqda çox danışmamalıyıq. Xoşbəxt də ola bilərsən, üzgün də. Hər halda, bizim həyatımızdır, nə edə bilərik? Hər gün futbolçularla birlikdəyəm, onlarla keçirdiyim vaxtdan zövq alıram. Ümid edirəm ki, həm mən, həm də komanda üçün Emin yeni müqavilə imzalayacaq. Amma nə olacağını bilmirik. Futbolda hər şey baş verə bilər. Ona görə futbol mükəmməldir. Fanatlar başa düşməlidir. Eminin üzərində bu qədər təzyiq yaratmaq lazım deyil. Eminin həm özü, həm də ailəsi üçün ən yaxşı qərar nədirsə, onu verəcək. Necə ki, biz də, bunu edirik.

Oxşar xəbərlər


Bütün xəbərlər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR