Xəbər lentiwidget-title-icon

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib
AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir – FOTOLAR
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlanıb
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”
"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
“İmişli”dən “Xankəndi”nə keçdi
“Neftçi” İK yeni loqosunu təqdim edib
"Beşiktaş" belə qalib gəldi - VİDEO
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçilib
Azərbaycan millisi (Çimərlik) Qazaxıstana qarşı
“Zirə”nin potensial rəqiblərinin oyununda dörd qol
Azərbaycan komandası finalda
Yurgen Kloppla müqavilə imzalanıb
Vüsal İsgəndərli KL matçında oynadı, komandası qalib gəldi
"Qarabağ" - SSKA matçında bərabərlik - VİDEO
Vudmanla bağlı qərar
"Çelsi"dən "Aston Villa"ya
"Qoca" daha 1 il "Milan"da - RƏSMİ
"Qarabağ"ın potensial rəqiblərinin oyununda 5 qol
“SSKA çox bərk rəqib idi” - Qurban Qurbanov
Rəşad Sadıqov: "Təəssüf ki, qol epizodlarından yararlana bilmədik"
Mahir Emreli "Rakuv"un heyətində ilk qolunu vurdu - VİDEO
"Qarabağ" SSKA ilə heç-heçə etdi - YENİLƏNİB
"Zirə" "Payde"yə məğlub oldu - YENİLƏNİB

Rəşad Əzizli: "Elə legionerlər var ki, "Neftçi"nin adına layiq deyillər" - MÜSAHİBƏ

"Neftçi"nin icarə əsasında "Şamaxı"da çıxış edən qapıçısı Rəşad Əzizli Pressing.az-a müsahibə verib.

28 yaşlı qolkiper "Neftçi"dən göndərilmə səbəbi, "Şamaxı"nın çıxışı və hazırda "ağ-qaralar"la bağlı ən aktual məsələ olan Müşahidə Şurasının tərkibinin dəyişməsi barədə danışıb.

- Hazırda "Şamaxı" klubunda vəziyyət necədir?

- Hər şey qaydasındadır, məşqlərdə verilən tapşırıqları yerinə yetiririk, uşaqlar yüksək motivasiya ilə oyunlara köklənir. Uğurlu çıxışlardan sonra uşaqlarda böyük inam yaranıb.

- "Şamaxı" son oyunlarda yaxşı təsir bağışlayır. Artıq komandanın relsə düşdüyünü deyə bilərik?

- Bilirsiniz, gənc heyətdir, səhvlər, çatışmazlıqlar var, təbiidir, amma ümumi götürəndə çox yaxşıdır. Gənclər oynayır, təcrübə qazanır, uğurlu çıxışlardan sonra pozitiv enerjiyə köklənirik. Hətta hesabda geridə olduğumuz oyunlarda heç-heçələr edib, qələbə qazanmışıq. Bu amillər yaxşıdan xəbər verir.

- Müqavilə ilə "Neftçi"yə məxsussan. Hazırda paytaxt təmsilçisində ciddi şəkildə qapıçı problemi yaşanır. Niyə komandada qalıb kömək etmədin?

- Məndən kömək istəyən oldu ki? Məşqə çıxmadım, heç bir baxış olmadı, ümumiyyətlə, səbəbsiz şəkildə icarəyə göndərdilər. Məşqçi heç məşqimə baxmadan bu qərarı verdi. Bilmirəm, həmin vəziyyəti necə izah edim, qəribədir...

- Məşqçi ilə aranızda nəsə problem olub?

- Onun üzünü görmüşəm ki? (Gülür) Xeyr, heç bir problem olmayıb. Sadəcə, təyin olundu və belə bir qəribə qərar verdi.

- Rəhman Hacıyevin taleyini yaşayırsan sanki. O da "Şamaxı"ya (əvvəlki adı ilə "Keşlə" - red.) icarəyə göndərildi və daha sonra komandaya geri qaytarıldı...

- Öz adımdan danışa bilərəm. Mən burada çalışıram, üzərimdə işləyirəm. Çalışıram ki, komandama xeyir verim. Eyni zamanda millidə çıxış etmək istəyirəm. Heç bir rəqabətdən çəkinmirəm. Bu dəqiqə ən yaxşı qapıçılardan biriyəm. Karyeramda eniş olmasın deyə maksimum çalışıram. Kimə lazımdırsa sübut edə bilərəm. (Gülür)

- "Neftçi"nin Müşahidə Şurasının tərkibi dəyişdi. Sədr vəzifəsində Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzlədi. Bu barədə nə deyə bilərsən?

- Təbrik edirəm! Yeni Müşahidə Şurasına ümidim böyükdür. Rövşən Nəcəf gözəl və savadlı insandır. Futbolu da yaxşı bilir, düşünürəm ki, onun gəlişi müsbət dəyişikliklərə səbəb olacaq. Rövşən müəllimin gəlişi yeni nəfəs deməkdir. Təhsil naziri Emin Əmrullayevi də təbrik edirəm, stadionda tez-tez görürəm, Emin müəllim də idman adamıdır. Bu insanlara çox inanıram.

- "Neftçi"nin hazırkı durumu və legionerlərin çıxışı haqda nə deyə bilərsən?

- Hazırkı durum haqda dəqiq bir söz deyə bilmərəm, çünki komanda daxilində deyiləm. Kənardan görünən budur ki, komandada stabillik yoxdur, zədəliləri çoxdur. Hər oyun meydana itkilərlə çıxırlar. Legionerlərə gəldikdə isə, elələri var ki, "Neftçi"nin adına layiq deyillər. Orada ən səviyyəli legionerlər olmalıdır.

- Son olaraq bu gün keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu haqda fikirlərini, bu matçdan gözləntilərini bilmək istərdik...

- Derbi görüşüdür, istənilən halda maraqlı oyun olacaq. Bu oyunu izləməyə dəyər, çünki "Neftçi" ilk məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq. Maraqlı və bol qollu oyun gözləyirəm. Futbolun gözəlliyi qoldur. Kim yaxşı mübarizə aparsa onlar da qalib gələcək. (Gülür)

Pressing.az

Oxşar xəbərlər


Bütün xəbərlər

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib
AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir – FOTOLAR
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlanıb
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”
"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
“İmişli”dən “Xankəndi”nə keçdi
“Neftçi” İK yeni loqosunu təqdim edib
"Beşiktaş" belə qalib gəldi - VİDEO
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçilib
Azərbaycan millisi (Çimərlik) Qazaxıstana qarşı
“Zirə”nin potensial rəqiblərinin oyununda dörd qol
Azərbaycan komandası finalda
Yurgen Kloppla müqavilə imzalanıb
Vüsal İsgəndərli KL matçında oynadı, komandası qalib gəldi
"Qarabağ" - SSKA matçında bərabərlik - VİDEO
Vudmanla bağlı qərar
"Çelsi"dən "Aston Villa"ya
"Qoca" daha 1 il "Milan"da - RƏSMİ
"Qarabağ"ın potensial rəqiblərinin oyununda 5 qol