Xəbər lentiwidget-title-icon

Toral Bayramovun komandasından məğlubiyyət - VİDEO
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - VİDEO
"Qarabağ"ın "İmişli" üzərində qələbəsi - VİDEO
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Zaur Həşimov: "Öz diqqətsizliyimizdən qol buraxdıq"
"Qalibiyyətə layiq idik" - Kurban Berdıyev
"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Fərid Namazovdan məğlubiyyət şərhi
"Səbirli oynamaq lazım idi" - Qurban Qurbanov
"Şəfa" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan boksçusu Avropa çempionu oldu!
“Kür” ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
11 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Barselona" "Xetafe"yə şans vermədi - VİDEO
“Sabah” – “Slaviya” matçını bu hakim idarə edəcək
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzub
MPL: "Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı
Azərbaycan cüdoçularından dünya çempionatında rekord göstərici!
“Qəbələ” və “Araz-Naxçıvan”ın əvəzedicilərindən qələbə
"Sumqayıt" "Qəbələ"ni darmadağın etdi - VİDEO
Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi keçirildi
Zirədə vurulan 2 qol - VİDEO
"Sumqayıt"dan qələbə, Zirədə "sülh" - YENİLƏNİB
"Meydanda vuruşaraq xal qazandıq" - Azər Bağırov
Rəşad Sadıqov: "Əlverişli qol epizodlarından yararlana bilmədik"

Luka Dumançiç: "Son tura qədər döyüşəcəyik, daha güclü "Araz-Naxçıvan" görəcəksiniz" – MÜSAHİBƏ

"Araz-Naxçıvan" ötən gün Misli Premyer Liqasının 4-cü turu çərçivəsində "Qarabağ"ın qonağı olub və matçdan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

Qarşılaşmadan sonra Naxçıvan təmsilçisinin xorvatiyalı mərkəz müdafiəçisi Luka Dumançiç Pressing.az-ın suallarını cavablandırıb:

– Oyun barədə fikirləriniz nədir?

– Məğlubiyyət məni məyus edir. 1 xal qazanmaq imkanını əldən verdik. Daha yaxşısını edə bilərdik. Meydanda yaxşı mübarizə apardıq. Oyundan oyuna daha yaxşısını göstərmək üçün çalışırıq. Hər oyun təcrübə deməkdir.

– "Araz-Naxçıvan"da ilk qolunuzu vurdunuz. Təəssüratlarınız nədir?

– Bəli, ilk qolu vurmaq, matçda fərqlənmək məni sevindirir. Ümid edirəm, son olmayacaq. Qolların ardı gələcək. Vurduğum qollarla komandamın qələbə qazanması, xallar əldə etmək məni daha çox sevindirər. 2:1-dən sonra fərqlənmək üçün imkanlarımız oldu, 1 xal qazanmağa yaxın olduq, ancaq alınmadı. Təəssüflənirəm.

– Qeyd etdiyiniz kimi, qollar vuruldu. Amma son dəqiqələrdə 1 xalı əldən verdiniz...

– Düşünürəm ki, 100 faizlik epizodları qola çevirmək üçün çalışmalıyıq. Daha yaxşısını edə bilərik. Özümüzə inanmalıyıq. İnamlı olmaq önəmlidir. Çünki keyfiyyətli heyətimiz var.

– 4 oyun və 1 xal...

– Düzünü desəm, komanda daxilində hər şey qaydasındadır. Burada hər cür şərait var. Məşqlərdə çox çalışırıq. Biz komandadan çox, bir ailəyik. Daim mübariz ruhda meydana çıxırıq. Son tura qədər döyüşəcəyik. Daha artığı üçün cəhd edəcəyik. Daha güclü "Araz-Naxçıvan" görəcəksiniz.

– Məşqlərdən və keçirdiyiniz bu 4 oyundan sonra məşqçi bu situasiyadan sizi çıxarmaq üçün komandaya hansı tövsiyələri verir, sizi necə ruhlandırır?

– Daha aqressiv oynamalıyıq. Bitirici nöqtələrə ehtiyacımız var. Baş məşqçi daim bizi dəstəkləyir. O həm məşqlərdə, həm də matçlarda bizi mübarizəyə səsləyir. Növbəti matçlarda qazanılacaq qələbə bizə ruh yüksəkliyi verəcək. Xallar qazanmalıyıq.

Azad Nuriyev

Oxşar xəbərlər

Bütün xəbərlər