“Sabah”ın 25-ci böyükhesablı qələbəsi
“Sabah” klubu Misli Premyer Liqasının 4-cü turunda “Zirə”ni 5 cavabsız qolla üstələyərək çempionatda 25-ci böyükhesablı qələbəsini qazanıb.
Pressing.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Bakı təmsilçisi evdə 16-cı, ümumilikdə isə 25-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ən azı 25 belə qələbəsi olan 11-ci komanda olub.
“Sabah” ilk böyükhesablı qələbəsini 2019-cu il sentyabrın 29-da “Səbail” üzərində qazanıb (3:0).