Kurban Berdıyev: "Bu gün qələbə yaxşı oyundan daha çox vacib idi"
Misli Premyer Liqasının 4-cü turunda keçirilən "Turan Tovuz" - "Sumqayıt" matçından (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin iştirakıyla mətbuat konfransı keçirilib.
Pressing.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunla bağlı bunları deyib:
"Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün qələbə yaxşı oyundan daha çox vacib idi. Psixoloji cəhətdən. Futbolçularıma təşəkkür edirəm".
- Qələbə qazansanız da, azarkeşlər narazı idi. Nəticələr sizi də narahat edir?
- Çempionat uzundur, nəsə haqda indidən danışmaq tezdir. Mövsümün sonunda vəziyyətə baxarıq.
- Bu matçda "Şamaxı" ilə oyundakına oxşar epizod yaşandı. Təkrarı izlədinizmi və sizcə, həmin epizodda top qapıdan keçmişdi?
- Hakimlərin işinə qarışmaq istəmirəm. Bugünkü epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda hiss etmişdimsə, bu dəfə hiss etmədim və qol olduğunu deyə bilmərəm.