Xəbər lentiwidget-title-icon

Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
Rieranın yeni iş yeri
"Turan Tovuz" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - AÇIQLAMA
"Araz-Naxçıvan"da iki yeni futbolçu
"Səbail" üçün başqa rəqib
"Sea Breeze"də yarışacaq basketbol komandalarının adları məlum olub
Təsnifat mərhələsində ən çox qələbəni qazanan "Sabah"dır
ABŞ-li oyunçu "Sabah"da - RƏSMİ
Gürcüstanlı futbolçu İspaniya klubunda - RƏSMİ
“Qarabağ” – “Tvente” oyununun hakimləri açıqlanıb
14 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
Azərbaycan millisinin basketbolçusu “Neftçi”də
"Fənərbağça"da ayrılıq
MPL start götürür: "Turan Tovuz" "Qəbələ"yə qarşı
Azərbaycan paracüdoçuları üçün Almaniya sınağı
"Dinamo"nun futbolçusu: "Məğlubiyyətə layiq olduğumuzu düşünmürəm" – AÇIQLAMA
Azərbaycanda ilk dəfə çimərlik güləşi dünya çempionatı keçiriləcək
İspaniyada bu oyun təxirə salınıb
Mahir Emrelinin komandası növbəti mərhələdə

Murad Musayev: "Hər oyunda 8 km qaçarkən qalib gəlmək mümkün deyil" - MÜSAHİBƏ

"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin müsahibəsini təqdim edirik:

- Bakıya qısamüddətlik səfəriniz nəylə bağlı idi?

- Bakıda yalnız 1 gün oldum. Səfərim əşyalarımı yığmaq və bank məsələlərini bağlamaqla bağlı idi.

- Vəziyyəti soyuq başla analiz edəndə, gedişinizi nəylə əlaqələndirərdiniz? Qərarınızda həlledici nə oldu?

- Ayrılmaq qərarı soyuq başla qəbul olundu. Komandada son aylarda baş verənlər məni qane etmirdi. İlk iki mövsümümdə həmfikirlərdən ibarət komanda yaratmağa, komanda sürətinə, aqressivliyinə və kombinasiyalı oyuna əsaslanan öz oyun üslubumuzu yaratmağa nail olduq. Bu, bizi Azərbaycanda hamıdan fərqləndirdi. Və işimiz nəticə ilə məmnunluq gətirdi. İndi ya iki mövsüm üzərində işlədiyimizdən əl çəkməklə oyun tərzini dəyişmək, ya da getmək lazım idi. Mən ikincini seçdim.

- “Sabah” gedişinizdən sonra uduzmur və hətta "Qarabağ"a 2 oyunda 7 qol vurdu. Həmin "Qarabağ" ki, 1 oyunda ondan elə 7 qol buraxmışdı və həmin 1:7-dən sonra istefa verdiniz. Keçmiş komandanızın nəticələri necə qəbul etdiniz?

- Bu nəticələrə şadam. İndi bunun uğurlu olması vacibdi. “Sabah”ın bundan sonra qalib gəlməyə davam etməyi arzulayıram. Məşqçi gedəndə klub üçün çətin olur. Qısa müddətdə düzgün qərarlar qəbul etmək lazımdı.

- Keçmiş köməkçiniz Ruslan Qafitullin “Qarabağ”la oyunsonrası mətbuat konfransında bildirib ki, ola bilər Murad Musayevin tələbkar olması futbolçulara təsir göstərib, hazırkı baş məşqçi əvəzi olan İqor Ponomaryov isə 1:7-dən sonra futbolçulara sərbəstlik verib. Bu haqda şərhiniz maraqlıdı…

- Bəli, tələbkaram. Mənim anlayışımda çox və güclü çalışmaq lazımdı. Yalnız təklif etdiyimiz şeyi etsəniz, yaxşı nəticə və futbolçular üçün şəxsi inkişaf olacaq. Ən asan şey stress etməmək, axınla getmək və rahat yaşamaqdı. Zirvəyə qalxmaq və orda qalmaq üçün çox çalışmaq lazımdı. Hər oyunda 8 km qaçarkən qalib gəlmək və strukturdan ayrı meydanda mövcud olmaq mümkün deyil.

- Necə düşünürsünüz, "Sabah" ardıcıl 2-ci mövsüm Premyer Liqamızın medalçısı olaraq Konfrans Liqasına vəsiqə qazana biləcək?

- Üçüncü yer yaxındı. Təbii ki, kluba yalnız ən yaxşısını arzulayıram. Ümid edirəm ki, hər şey alınacaq.

- Gürcü hücumçu David Volkov gedişinizdən sonra “Zirə”yə qayıtmaq istəyirdi və bu, son anda baş tutmadı. Bilmək olar, sizin vaxtda qış fasiləsində belə variant vardı?

- Davidə “Zirə”dən yanvarda maraq vardı. Ancaq qərara gəldik ki, onu buraxmayacağıq.

- Rusiyadan, yaxud digər ölkələrdən ölkələrdən təklifiniz var? Ən əsası, Azərbaycan millisinin boş qalan baş məşqçi postunu tutmaq təklifini alsanız, bunu qəbul edərsiniz?

- Millini çalışdırmaq böyük şərəf olardı. Başqa təkliflər haqqında deyiləsi bir şey yoxdu. İndi dincəlirəm, keçmiş və gələcək işlərin təhlilliylə məşğulam.

- “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa”yla səfər matçını 4:2 hesablı qələbəsiylə bağlı nə deyə bilərsiniz?

- Oyunu izləməmişəm, şərh verə bilmərəm.(Presssport)

Oxşar xəbərlər

Bütün xəbərlər