Xəbər lentiwidget-title-icon

“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!
"Qalatasaray"da ciddi itki
Rüfət Abdullazadə oynadı, komandası qalib gəldi
"Zirə"nin "Qəbələ" üzərində qələbəsi - VİDEO
4 qol vuruldu, qalib müəyyənləşmədi - VİDEO
Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq" – VİDEO
"Futbolda belə hallar olur" - Yeton Bekiri

"Sanki birdən-birə bizi "alov"a atdılar" - Murad Musayev

"Sabah" klubu UEFA Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda səfərdə RFŞ-ni 2:0 hesabı ilə məğlub edib.

Pressing.az
xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün çox çətin oyun oldu. Bizim mövsümdəki ilk rəsmi oyunumuz idi. Yaxşı başladıq. Düzdü, bir az üstünlüyü əldən verdik və rəqib də öz üstünlüyündən istifadə etməyə başladı. RFŞ bizə çətinliklər yaşatdı. Amma şadam ki, biz təzyiqə tab gətirdik və ikinci qolu vurduq, sonda qol buraxmadıq. Qələbə qazandıq. Amma bu, yalnız birinci hissədir ki, başa çatıb. Hələ Bakıda daha 90 dəqiqə var. Biz indi səhvlərimiz üzərində yaxşıca işləməliyik. Qarşıdakı 8 gündə yaxşı əmək sərf etmək lazımdır. Rəqibə bu qədər imkan vermək olmaz. Cavab oyununda daha yaxşı olmağa çalışacağıq.

- Sanki, komanda tam optimal formada deyil..

- Bizim bu mövsüm birinci rəsmi oyunumuz idi. Latviyada çempionat davam edir. Özü də onlar yaxşı formadadır. Biz isə hələ yeni başlayırıq və demək olar ki, birdən-birə bizi "alov"a atdılar(gülür). Şadam ki, uşaqlar tab gətirdi. "Sabah" avrokuboklarda ilk matçında qələbə qazandı. Bu, vacib idi. Amma çox istəyərdim ki, iki oyunun ümumi nəticəsinə görə qələbə bizim olsun. Ona görə bu məsələyə toxunmadım. Bakıdakı oyundan sonra bu haqda danışmaq istəyərdim. Qarşıda görüləcək çox işimiz var.

Oxşar xəbərlər


Bütün xəbərlər