Xəbər lentiwidget-title-icon

"Sabah"dan ayrılan futbolçu Rusiya klubunda
PFL 1-ci və 2-ci liqada mövsümün başlama tarixini açıqladı
"Neftçi" Sloveniya toplanışına start verib
Azərbaycan yığmalarında məşqçi dəyişiklikləri
“Turan Tovuz” rəsmisi: “Fənərbağça” seçimi təsadüfi deyil” – AÇIQLAMA
“Gəncə” braziliyalı oyunçu ilə anlaşıb
Vüsal İsgəndərli Kosovo klubunda - RƏSMİ
Təcrübəli qapıçı İtaliya klubundan ayrıldı - RƏSMİ
30 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Zirə" Türkiyə klubu ilə qarşılaşır
Azərbaycanda bu şəhərin iki klubu birləşdirilib
Levandovski rəsmən ABŞ klubunda
Almaniya DÇ-2026 ilə belə vidalaşdı - VİDEO
Braziliyanın çətin qələbəsi - VİDEO
Daha bir futbolçu karyerasını nöqtələyib
Rusiya nəhəngindən yeni transfer - RƏSMİ
Azərbaycan klublarının yay transfer "bazarlığı" davam edir – YENİLƏNİR
İngiltərə nəhəngi baş məşqçi təyinatını rəsmən açıqladı
Azərbaycan cüdoçularından İspaniyada beş medal
DÇ-2026: Mərakeş Niderlanda şok yaşatdı
Braziliya Yaponiyanı çətinliklə keçdi
"Zirə" üçün daha bir rəqib
Braziliya - Yaponiya matçı üçün HEYƏTLƏR
AFFA İcraiyyə Komitəsi nə qərarlar qəbul etdi?
Meksikalı qapıçı rekordu təkrarlayıb

"Günahkar axtarmağa ehtiyac yoxdur" - "Sumqayıt"ın məşqçisi

"Zədəli oyunçularımız var deyə, rotasiyalar edə bilmirik. Bəzi oyunçularımıza çox güc düşür. Uzun səfər idi, yol amili də var idi. Bütün çətinliklərə baxmayaraq, ikinci hissənin ilk 10 dəqiqəsini çıxmaq şərtilə komanda yaxşı oynadı. Komandadan razı qaldıq. Düzdür, qələbə qazanmaq istəyirdik, amma əlimizdən çıxdı. Bir xala da şükür".

Pressing.az
xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun məşqçisi Mübariz Orucov Premyer Liqanın 15-ci turunun "Turan Tovuz"la (2:2) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- 2:0 hesabını niyə qoruya bilmədiz?

- İkinci hissənin ilk 10 dəqiqəsində konsentrasiya itkinliyi idi, ya nə idi...Rəqibin də təzyiqi oldu. Diqqətsizlikdən iki qol buraxdıq. Amma sonradan komanda yenidən toparlandı.

- Qələbənin əldən çıxmasında əsas günahkar məşqçilər korpusudur, yoxsa futbolçular?

- Günahkar axtarmağa ehtiyac yoxdur. Səhv olubsa, hamımızındır. Komanda pis oynamadı, normal çıxış etdi.

- Dediyiniz həmin 10 dəqiqədə nə baş verdi?

- Onu oyuna analiz edəndə, baxacağıq. Hansı səhvlər etdiyimizi görəcəyik. Soyuq başla hamısını analiz edəcəyik.

- Demək olar ki, oyunun ədalətli nəticəsi elə heç-heçə idi?

- 2:0 udduğumuz oyunda sonradan 2:2 olursa, üç xalın əldən çıxmağına üzülürük. İkinci hissə başlayan kimi ardıcıl iki qol buraxıb, oyunu 2:2 başa vurursansa, onda da bir xalın sevinci var.

- "Sumqayıt" çempionatda ardıcıl beşinci oyundur ki, uduzmur. Bu, komandanın mövsümdəki hədəflərinin dəyişməsinə səbəb ola bilər?

- Mövsüm başlayandan hansısa hədəfimiz yox idi. Komandanın yaxşı futbol oynamasını, yaxşı yerlərdə olmasını istəyirdik. Zaman keçdikcə, komanda öz oyununu tapdıqca, əlbəttə ki, bütün kollektivlər avrokuboklara düşsün. Amma indidən bu barədə danışmaq çox tezdir. Cəmi 15 tur geridə qalıb. Turnir cədvəlində də xal fərqləri çox deyil. Bir-iki oyunda uduzanda, 7-8-ci pilləyə yuvarlanmaq mümkündür.

- Qış fasiləsinə üç tur qalıb. Transfer siyahısı hazırdır? Bununla bərabər, komandadan göndəriləcək oyunçular da bəllidir?

- Bunlar barədə düşünürük. Kimlərlə müqavilə uzadılmayacaq, o haqda da fikirləşirik. Hansısa çətinliklərimiz ola bilərsə, onların qarşısını almağa çalışacağıq.

- "Sumqayıt" ölkə xaricinə yollanacaq?

- Bu dəqiqəyə olan fikrimiz ölkə xaricində toplanış keçməkdir. Allahın işidir. Qeyri-adi bir şey olmasa, xaricə yollanacağıq.

Oxşar xəbərlər

Bütün xəbərlər