Xəbər lentiwidget-title-icon

"Sabah" "Kəpəz"ə qarşı, Qəbələdə "sülh" - YENİLƏNİR
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi
Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
Rieranın yeni iş yeri
"Turan Tovuz" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - AÇIQLAMA
"Araz-Naxçıvan"da iki yeni futbolçu
"Səbail" üçün başqa rəqib

"Digər məşqçilərə də belə suallar versəniz, yaxşı olar" – Vaqif Cavadov

"Sumqayıt" klubunun baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 32-ci turunda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

Pressing.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Hər iki komanda qələbə üçün oynayırdı. Komandamdan razıyam. Baxmayaraq ki, öz səhvlərimizdən qol buraxdıq. Oyundan çox razıyam. “Neftçi” yaxşı rəqibdir, güclü futbolçuları var. Buna baxmayaraq, komandam yaxşı oyun göstərdi".

Mütəxəssis ikinci hissədə buraxılan iki qolu şərh edib: "Futbolda hər şey olur. Fərdi səhvlərimiz oldu. Əlavə, rəqibin adı, ustalıq səviyyəsi özünü göstərdi. Bu komandaya qarşı belə oynamağa ancaq alqış düşür. Məyusam ki, komandam qələbə qazana bilmədik. Amma rəqibi də nəzərə almaq lazımdır. İki səhv bizim üçün kritik oldu. Üzücü olan budur. Rəqibin birinci qolunda əvəzetmə olmamışdı. Lakin qoldan sonra dəyişiklik etməyə çalışdıq. Bəzi şeylər alındı, bəziləri yox. Fərdi səhvlərə görə uduzduq".

V.Cavadov "Giorgi Karaişvilinin səhvinə görə qol buraxdınız. Onu meydana buraxdığınıza görə özünüzü günahkar hiss edirsiniz?" sualına belə cavab verib: "Bunu mənə yükləmək istəyirsinizsə, problem yoxdur. Digər məşqçilərə də belə suallar versəniz, yaxşı olar".

O, qapıçı Xəyal Fərzullayevin oyunundan da söz açıb: "Xəyal Tovuzda yaxşı seyvlər etdi. Onda yaxşı idi, indi pis? Gənc oyunçunun yanında olmaq lazımdır. Ümidvaram ki, Xəyal növbəti oyunlarda da öz sözünü deyəcək".

Cavadov ona verilən suallardan danışıb: "Mən həmişə dəstək istəmişəm. Yeni məşqçi üçün belə ifadələri görmək məni üzür. Komandanı çətin vəziyyətdə götürmüşəm. Təcrübəli məşqçilərə fərqli suallar verilir, gənc məşqçiyə fərqli. Əlimdən gələni edirəm. Bu gün istəməzdim ki, komandam xal itirsin".

V.Cavadov futbolçusu Rövlan Muradovun oynatmamağı haqda belə deyib: "Biz 11 oyun qol vurmurduq. Həmin matçlarda Rövlan əsas heyətdə idi. Ondan qabaqkı oyunlarda da start heyətində olub. Bir qol ötürməsi belə yox idi. Sərtan Taşkının isə oynadığı matçlarda qol ötürmələri var. Bu futbolçunu mən necə oynatmayım? Rövlan da öz şansını gözləməlidir. Onu 10-15 dəqiqə oynatmaqdansa cavan oyunçuya şans verməyi daha üstün tuturam. Rövlanla heç bir problemimiz yoxdur. Məşqlərdə canla-başla çalışır. Növbəti oyunlarda onu meydanda görə bilərik. Hazırda Sərtan Taşkın həmin mövqedə daha yaxşı çıxış edir".

Oxşar xəbərlər

Bütün xəbərlər