Xəbər lentiwidget-title-icon

"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi
"Şamaxı" Qətər klubunu məğlub etdi
Türkiyə millisi Millətlər Liqasının qalibi olub
Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb
Azərbaycan kanoeçisi Avropa ikincisi olub
"Qəbələ"dən ayrıldı, Koreya klubuna keçdi
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
"Şamaxı" Qətər klubuna qarşı
AMADA və Qış İdman Növləri Federasiyası milli üzvləri üçün antidopinq seminarları keçirib
Azərbaycan millisi Avropa çempionatında İslandiyaya məğlub oldu
Zaur Həşimov: "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq” - AÇIQLAMA
"Sumqayıt" "Kəpəz"lə üz-üzə
Fizuli Məmmədov: "Komandamız hələ tam hazır deyil" – AÇIQLAMA
Ərəb klubundan 64 milyon avroluq transfer
Kamerunlu futbolçu "Şahdağ Qusar"da - RƏSMİ
"Kəpəz"də daha bir legioner - RƏSMİ
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzub
"Şəfa" "Qəbələ" ilə heç-heçə etdi
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub – FOTOLAR
İngiltərə klubunda ayrılıq
Azərbaycan yığmaları təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb
"Siti"dən Xusanov qərarı
Neftçi” Çempionlar Liqasında final oyununa çıxacaq
Abşeronda U-14 və U-16 Avropa Cüdo Ümidləri Turniri başlayıb

Tənqidlər Rövşən Nəcəfə necə təsir edir?

Azərbaycan millisi təəccübləndirməməkdə davam edir.

Yenilənmiş AFFA rəhbərliyi elə "siftə"dən bütün reputasiyasını itirmək üzrədir. UEFA Millətlər Liqasında mübarizə aparan millimiz 4 oyundur ki, məğlub olur. Hətta bizə bab sayılan Estoniyaya da uduzduq. Özü də 3 qol buraxaraq.

Rövşən Nəcəfin AFFA-da kreslosuna oturduğu bir il deyil. Düşünə bilərsiniz ki, zaman lazımdır. Amma bu gedişatla zaman anlayışı da illüziyadır. Ən azından, aşağı yaş qruplarından ibarət milli komandalarımızın nəticələrinə baxanda gələcəyin heç də yaxşı olmayacağını düşünmək çətin deyil.

Rövşən bəy savadlı kadr, yaxşı idarəedicidir, amma neft sahəsində. Onun futbol funksioneri kimi uğurlu olacağını zənn etmək isə qəliz məsələdir. Onsuz da R.Nəcəfin AFFA-da başda əyləşməsi fövqəladə hadisə deyildi. Seçkilərdən xeyli öncə federasiyanın baş sponsoru SOCAR-da rəhbər vəzifə tutan şəxsin ölkənin bir nömrəli futbol qurumunun prezidenti olacağı bəlli idi. Az qala futbol ictimaiyyətində yeddidən-yetmişə hər kəs bunu bilirdi. Yəni, SOCAR-ın prezidenti Rövşən Nəcəf yox, Məmmədağa müəllim də olsaydı, AFFA-nın prezident vəzifəsi ona həvalə ediləcəkdi.

Əlbəttə, yeni rəhbər dövrünün uğurlu olmasını istəyir. R.Nəcəf prezident seçilər-seçilməz SOCAR-ın inzibati binasında idman jurnalistləri ilə görüş keçirdi, onların təklif və istəklərinə şəxsən qulaq asdı. Media nümayəndələri ilə səmimi olan Rövşən bəy sağlam tənqidə hər zaman açıq olduğunu da bildirdi. Gəlin, açıq danışaq, sağlam, ya qeyri-sağlam - tənqidi heç kim xoşlamır. Lakin AFFA prezidenti tənqidlərə hər zaman hazır olduğunu mətbuatın önündə dilə gətirdi.

İndi isə tənqidlərin ard-arası kəsilmir. Yəqin ki, Rövşən bəy durumdan narazıdır, bu, ona yad gəlir. Axı neft industriyasında belə mənzərə ilə heç vaxt qarşılaşmayıb. Bəlkə də zamanla "daşlar yerinə oturacaq". Necə ki əvvəlki AFFA rəhbərliyi tənqidə "dözümlü" idi.

... Millinin biabırçı nəticələrindən sonra AFFA həmişəki kimi, "ağ yuyulub-qara sərilir". Hətta bu gün İTV-nin efirində yeni debat reallaşacaq, hesabat veriləcək. Bu hesabatları da ki çox görmüşük. Deyirəm, futbolumuzun da öz balaca dünyası var. Arada yığılıb, bərbad nəticələri müzakirə edib, hər öz yoluna gedir. İrəliləyişdən isə söhbət gedə bilməz.

Deyəsən, futbolumuz AFFA-nın yox, Allahın ümidinə qalıb...

Tarıyel

Oxşar xəbərlər

Bütün xəbərlər