Xəbər lentiwidget-title-icon

12 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA İntizam Komitəsi onları CƏZALANDIRDI
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
ML: Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı
Daha bir futbolçu vəfat etdi
ACF və AMADA-dan milli üçün anti-dopinq seminarı
Nərmin Abdinova Avropa çempionu olub
“Neftçi” Yunanıstan klubuna qalib gəlib
Azərbaycan taekvondoçusu Dakarda gümüş medal qazanıb
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
Belçika yığmasında ciddi itki
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
İtaliya klubunda yeni müqavilə - RƏSMİ
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyətlər
İkinci Liqada 11-ci turun oyunlarının vaxtı məlum olub
Tanınmış jurnalist "Səbail"in mətbuat katibi təyin olundu
Azərbaycan güləşçisi beynəlxalq turnirin qalibi oldu
Məşhur mütəxxəssis "Fənərbağça"dan ayrıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb
"Sumqayıt"ın futbolçusu Pakistan millisinə çağırılıb
“Xankəndi”nin doğma şəhərinə köçürülməsi planlaşdırılır
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
Azərbaycan millisi seçmə mərhələdə mübarizəyə başlayır
Azərbaycanın sərbəst güləşçilərindən Qazaxıstanda 8 medal

Bu millidən uğur gözləməyə ixtiyarımız yoxdur – YAZI

Azərbaycan millisi yeni mövsümə start verib. UEFA Millətlər Liqasının C liqasında iki oyun keçirən yığmamız gözlənilən nəticələri verib. Burada təəccüblü nəsə yoxdur.

70 yaşlı Fernandu Santuşun da "sehirli çubuğ"u yoxdur ki, möcüzə etsin. Hazır məhsul təqdim edilib və əlindəki imkanlardan istifadə edir. Məhsul da nə məhsul...

Hər dəfə eyni məsələləri qabardıb, "günahkar ovu"na çıxmaqdan usanmışıq. Əlbəttə, ilk növbədə, bütün məsuliyyət AFFA-nın üzərindədir. Bu nüansa bir qədər sonra qayıdacam. Amma nə Santuş, nə də futbolçulara "yüklənmək" olmur. Portuqaliyalıya təqdim edilən köhnə menyudur. Yarıdan çoxu Azərbaycanın Dövlət Himninin sözlərini belə bilməyən futbolçularla hansı mübarizlik, döyüşkənlik göstərmək olar?!

Bu yazıda reallığı konkret çılpaqlığı ilə göstərməyə çalışacam. Nə Santuş, nə də futbolçuları qınamağın adı yoxdur. Xarici mütəxəssis ahıl yaşda Azərbaycana cibini doldurmağa gəlib. Təbii ki, nəticə də vermək istəyir, amma bu, ondan asılı məsələ deyil. 11 nəfər futbol oynaya bilməyəni də hər dəfə ağ yuyub, qara sərmək mənasızdır. Olan budur, nə etmək olar?

Burada bir nömrəli səbəb "altyapı"nın olmamasıdır. 21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsindəki nəticələri göz önündədir. Daha aşağı yaş qruplarından ibarət yığmaların, ələlxüsus U-17-nin "iki gündən bir" Belarusda biabırçı hesablarla uduzub qayıtmağını demirəm hələ. Yoxdur, billah, "altyapı" yoxdur. Bu minvalla Azərbaycan millisinin gələcəyinə ümid bəsləmək olar?

AFFA-da Rövşən Nəcəf erası yeni başlayıb və hər şeyi sıfırdan qurmaq üçün münbit şərait var. Təsadüfi deyil ki, qurum buyaxınlarda uşaq futbolu ilə bağlı strategiyanın hazırlanması üçün mətbuatı da görüşə dəvət etdi. Futbol ictimaiyyəti olaraq hamılıqla papağımızı qabağımıza qoyub, düşünməli və ideal qərar verməliyik. Eybi yox, bu tsikli, lap bundan sonrakı 2-3 seçmə mərhələni də qurban verək. Lakin "aşağı"nı bərkitmək mütləq şərtdir.

Yoxsa bundan sonra Santuş yox, Ançellotti, Qvardiola da gətirilsə, bir faydası olmayacaq. Gəlin, açıq danışaq, Qvardiola "Mançester Siti"yə yox, məlum maliyyə durumları ilə "Fulhem"ə, "Uotford"a getsəydi, dünyanın ən yaxşı məşqçiləri arasında reputasiyasını qoruya biləcəkdi? "Siti"də ona istədiyi bütün şərait yaradıldı, əlini üzərinə qoyduğu futbolçular alındı. İngiltərə klubunun akademiyasına da ki söz yox. Hər il Avropa futboluna neçə-neçə istedadlı futbolçu bəxş edir. An etibarilə "bizim Santuş"u götürək. Portuqaliya yığması ilə Avropa çempionu olub. Portuqaliya millisi-e. Heyətində kimlər yoxdur... İndi durub Azərbaycan yığması ilə möcüzə etməsini necə istəyə bilərik? Azərbaycan millisinin nəyi, kimləri var? Penalti vurmaq üstündə yarışa girən, onu da qapıdan keçirə bilməyən Ramil Şeydayevlə əvvəlki formasını itirən Emin Mahmudovu?

Xülasə, uşaq futbolu üçün ideal strategiya planı qurub, əməli hərəkətə keçilməyincə, hər dəfə belə nəticələrə imza atılacaq və biz də bu yazıları yazmalı olacağıq.

Tarıyel

Oxşar xəbərlər


Bütün xəbərlər

12 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA İntizam Komitəsi onları CƏZALANDIRDI
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
ML: Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı
Daha bir futbolçu vəfat etdi
ACF və AMADA-dan milli üçün anti-dopinq seminarı
Nərmin Abdinova Avropa çempionu olub
“Neftçi” Yunanıstan klubuna qalib gəlib
Azərbaycan taekvondoçusu Dakarda gümüş medal qazanıb
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
Belçika yığmasında ciddi itki
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
İtaliya klubunda yeni müqavilə - RƏSMİ
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyətlər
İkinci Liqada 11-ci turun oyunlarının vaxtı məlum olub
Tanınmış jurnalist "Səbail"in mətbuat katibi təyin olundu
Azərbaycan güləşçisi beynəlxalq turnirin qalibi oldu
Məşhur mütəxxəssis "Fənərbağça"dan ayrıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb