Xəbər lentiwidget-title-icon

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi
Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb

Fernandu Santuş: "Sizə ümid vermirəm"

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - Estoniya matçından (0:0) sonra millimizin baş məşqçisi Fernandu Santuşun iştirakı ilə mətbuat konfransı keçirilib.

Pressing.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Niyə qələbə qazana bilmədik?

- Rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə ərzində bərabər oyun getdi. Hər iki tərəfin təhlükəli epizodları oldu. 20-ci dəqiqədən sonra komandamız yalnız hücum futbolu oynadı. Oyunçular qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Təəssüf ki, qol vura bilmədik. Bu, futboldur. Belə hallar olur. Bu gün sonadək mübarizə apardıq. Qələbə qazana bilmədiyimizə görə məyusuq. Rəqib komandanın da haqqını vermək lazımdır, çox yaxşım müdafiə olundular. Oyunçularıma deyəcək sözüm yoxdur.

- Millimiz Millətlər Liqasında D divizionuna yuvarlanacaq. Bu, sizin üçün nə deməkdir?

- Əlbəttə, istəmirdik ki, D divizionuna düşək. Son oyunlarda komandamızın göstərdiyi oyun onu deməyə əsas verir ki, düzgün yoldayıq. Vacib amil odur ki, komandanın gələcəyinə inanırıq. Hazırki durumda son pillədə olmağımız ürəkaçan deyil.

- Keçirdiyiniz 5 oyunda xal itkilərinin səbəbini nədə görürsüz?

- Öncəki oyunlara nəzər yetirsək, müdafiədəki səhvlərdən qapımızda qollar gördüyümüzü deyə bilərəm. Lakin bu gün komandamız müdafiədə çox yaxşı oynadı. Yenə də deyirəm ki, futbolçular qələbə qazanmaq üçün əllərindən gələni etdilər, lakin lazım olan qolu vura bilmədik.

- Növbəti matçda da qapıda Rza Cəfərovu görə bilərik?

- Bəli, növbəti matçda əminliklə deyə bilərəm ki, görə bilərsiniz.

- Ramil Şeydayevin çıxışını necə qiymətləndirirsiz?

- Ramil bu gün pis oynadı?

- Bəli

- Fikirlərinizə hörmətlə yanaşıram.

- Qol böhranını həll etmək üçün kifayət qədər imkan varmı?

- Əlbəttə. Bu matçda Mahir Emreli və Renat Dadaşov yox idi. Bu iki oyunçu Azərbaycan millisi üçün çox önəmli futbolçudur. Musa Qurbanlı da zədə səbəbindən neçə matç idi ki, oynamırdı. Lakin bugünkü qarşılaşmada pis təsir bağışlamadı. Nəriman Axundzadənin də adını çəkə bilərəm.

- Son illərdə Bədavi Hüseynov cərimə meydançasına daxil olmurdu. Bunun səbəbi nə idi?

- Bu, strategiyamızın bir tərəfi idi. Rəqib futbolçular ucaboy olduğundan onlarla ikinci mərtəbədə mübarizə aparmaq çətin idi. Buna görə də strategiyamızda dəyişiklik etdik.

- Millidə ümid üçün potensial yoxdur. D divizionuna yuvarlanan komandada nəyə ümid edə bilərik?

- Yenə də deyirəm ki, sizə ümid vermirəm. Gəlmişəm ki, layihənin bir parçası olum və bunun da qaydası var. Qarşıdan gələn 4-5 il ərzində yaxşı, mübariz komanda formalaşdırmaq istəyirik. Eyni anda da oyunçu yetişdirməliyik. Çalışırıq ki, hər dəfə daha güclü heyət quraq. Dünyadakı bütün milli komandalara fikir versəz, görərsiz ki, bu yolu gedirlər. Portuqaliya, İngiltərə, Gürcüstan və s. Hamı bu yolla gedir. Əgər bu yoldan çıxsaq, əlbəttə, səhv etmiş olacağıq. Federasiya rəhbərliyi ilə birlikdə hamılıqla bunun üzərində işləyirik. Başqa bir yol isə odur ki, legionerləri milliləşdirib yığmaya cəlb edəsən.

Daşqın Əziz

Oxşar xəbərlər


Bütün xəbərlər

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi