Xəbər lentiwidget-title-icon

Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb

Fernandu Santuş: "O komanda ki topa nəzarət etmir, qələbədən söhbət gedə bilməz"

Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində Latviyanın paytaxtı Riqada keçirilən Latviya - Azərbaycan matçından (0:0) sonra millimizin baş məşqçisi Fernandu Santuşun iştirakıyla mətbuat konfransı baş tutub.

Pressing.az-ın "Misli"nin dəstəyi ilə Latviyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, portuqaliyalı mütəxəssis oyunla bağlı fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Düşünürəm ki, komanda oyuna yaxşı konsentrasiya olmuşdu. İlk 20 dəqiqə ərzində topa nəzarət barədə problem yaşadıq. Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Bu yöndə bir qədər problemlər vardı, lakin buna baxmayaraq, daha sonra komandamız topa nəzarət etməyə başladı. İkinci hissədə isə topa nəzarət tam olaraq bizdə idi. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yaradırdıq. Latviya millisi isə, demək olar ki, qapımız qarşısında təhlükəli vəziyyət yarada bilmirdi. Ümumilikdə komandam yaxşı çıxış etdi. Yeganə çatışmayan cəhət rəqib qapısı qarşısında yaratdığımız epizodları qola çevirə bilməməyimiz idi. Məşqlər zamanı da bu yöndə çoxlu çalışmalar edirdik. Hər bir oyunçu sanki topla qapıya daxil olmaq istəyirdi. Uzaqdan zərbə endirmirdik.

- Azərbaycandan bura topa nəzarət etməyə gəlmişdiz, yoxsa qələbə qazanmağa? Sizcə, bundan bərbad oyunumuz ola bilərdi?

- Əlbəttə, qələbə qazanmağa gəlmişdik. O komanda ki topa nəzarət etmir, qələbədən söhbət gedə bilməz. Təhlükəli epizodlar yaratdıq, lakin son nöqtəni qoya bilmədik.

- Mahir Emreli iki metr məsafədən qapını dəqiq nişan ala bilmir. Bunun səbəbi nədir?

- Bu da futbolun bir hissəsidir. Futbolda belə hallar olur. Mahir bundan öncəki çətin epizodları qola çevirə bilirdi, lakin bu gün alınmadı. Matçı ümumilikdə təhlil etsək, komandamız pis çıxış etmədi. Yenə də deyirəm, tək çatışmayan cəhət qol vura bilməməyimiz oldu.

- Elvin Bədəlovun durumu nə yerdədir?

- Ayağında problem var. Lakin hələ dəqiq bilmirik. Həkimlərin rəyindən sonra onun vəziyyətini biləcəyik.

Daşqın Əziz

Oxşar xəbərlər


Bütün xəbərlər