Xəbər lentiwidget-title-icon

Azərbaycan millisinin Lixtenşteynə qalib gələ bilmədiyi oyun - VİDEO
Ayxan Abbasov: "Bura gələndə hansı yükün altına girəcəyimi bilirdim"
Azərbaycan millisi Lixtenşteynə qalib gələ bilmədi...
AFFA-dan bu klublara cəza
Azərbaycan yığmasının Lixtenşteynlə oyun üçün heyəti açıqlandı
Azərbaycan millisi Kosovodan 8 qol buraxdı
"Mingəçevir Reqatası-2026" başa çatdı
Azərbaycan millisi Lixtenşteynə qarşı
"Gəncə” Avropa Kuboku oyunlarını burada keçirəcək
Stolüstü tennisçilərdən Tiflisdə beş medal
"Sabah”dan yeni mövsümə qələbə ilə start
"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar

Fernandu Santuş: "İlk "11-lik"də yer alsa, kapitan Emin Mahmudov olacaq"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun iştirakı ilə sabah Latviya yığmasıyla keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirilib.

Pressing.az-ın "Misli"nin dəstəyi ilə Latviyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, portuqaliyalı mütəxəssis fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Təlim-məşq toplanışının əvvəlindən bugünədək futbolçular özlərini yaxşı tərəfdən göstərməyi bacarırlar. Onlardan nə tələb etdiyimi dərk edirlər. Milli komanda toplanışa tez başlayıb. Kubok matçından sonra kollektivə qoşulan oyunçular var və onlar da intensiv məşq edirlər. Hamılıqla sabahkı oyuna köklənmişik. Bizi çətin qarşılaşma gözləyir. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya seçməsinin heyətində kifayət qədər keyfiyyətli futbolçular var. Bu rəqiblə bağlı futbolçulara kifayət qədər məlumat verilib. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq.

- Hazırkı heyət seçmə mərhələdə oynamaq üçün yetərlidir? Millimizdən Fransa və İslandiya kimi komandalarla oyunlarda nə gözləyirsiz?

- Hazırkı durumda həmin oyunlara köklənməmişik. Sabah Latviya ilə matçımız var və bu görüşə konsentrasiya olmuşuq. İstər Fransa, istərsə də İslandiyanın öz oyun üslubu var. Bugünədək milliyə 30-a qədər futbolçu dəvət olunub. Onların arasından yenə də seçim edəcəyik. Dəyişikliklərin olması gözləniləndir.

- Mövsümün sonuyla əlaqədar həm psixoloji, həm də fiziki cəhətdən yorğunluq hazırlığınıza necə təsir göstərir?

- Ümumilikdə futbolçuların hamısı çox istəklidirlər. Bəzi oyunçular da var ki, komandaya gec qoşulublar və bir məşqlə kifayətləniblər. Azərbaycan Kubokunun finalından sonra milliyə qoşulan futbolçularla çox məşq keçməyə vaxtımız olmayıb. Dünənki məşqimiz bərpa xarakterli idi. Bugünkü hazırlıqla isə sabahkı oyuna hazırlaşacağıq. Qeyd etdiyiniz məqam səbəb olaraq göstərilə bilməz. Oyunçularımız çox istəklidirlər və bunun faydasını sabah görəcəyimizə inanıram.

- Bədavi Hüseynov zədə səbəbilə heyətdən çıxarıldı, lakin onun əvəzinə başqa mərkəəz müdafiəçisi dəvət olunmadı. Bu, Azərbaycanda həmin mövqedə kifayət qədər yaxşı futbolçunun olmamasıyla əlaqədardır?

- Xeyr. Bu mövqeyə 7 futbolçu dəvət olunmuşdu. Ona görə də əlavə oyunçuya ehtiyac duymadım.

- Millimizin kapitanının kim olacağını və penalti olacağı təqdirdə, zərbəni hansı futbolçunun yerinə yetirəcəyini müəyyənləşdirmisiz?

- Bu sualı gözləyirdim (gülür). Əlbəttə, ilk "11-lik"də yer alsa, bu, Emin Mahmudov olacaq.

Qeyd edək ki, sabah Latviyanın paytaxtı Riqadakı "Skonto" stadionunda keçiriləcək Latviya – Azərbaycan matçı saat 17:00-da start götürəcək.

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər