Xəbər lentiwidget-title-icon

Azərbaycanın 6 güləşçisi yarımfinalda
Azərbaycan millisi AÇ-də Türkiyəyə rəqib olub
İnyestanın yeni iş yeri
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
AÇ: Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub oldu
"Neftçi"də daha bir legioner - RƏSMİ
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
"Kəpəz" - "Turan Tovuz" oyununa nə qədər bilet satılıb?
Anqolalı futbolçu "İmişli"də - RƏSMİ
AÇ: Rumıniya Bakıda İspaniyanı məğlub etdi
Bölgə klubundan yeni transfer - RƏSMİ
Türkiyə klubunun KL-də rəqibləri məlum oldu
İngiltərədən İspaniyaya
"Beşiktaş"ın rəqibləri məlumdur
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də ilk günü medalsız bitirib
“Qarabağ”ın kapitanı “Tvente” akademiyasına dəvət aldı
“Şahdağ Qusar”dan daha bir transfer - RƏSMİ
“Zirə” – “Neftçi” oyunu Elçin Məsiyevə tapşırıldı
28 avqust: Oyunlar hansı kanallarda?
UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu
“Gəncə” ABŞ-li oyunçu - RƏSMİ
"Slaviya"nın baş məşqçisi: "Sabah"la oyunumuz maraqlı olacaq"
Messinin komandasında yeni baş məşqçi
Azərbaycan millisi qrupda sonuncu oyununa çıxır
Azərbaycan oxatanlarından Gürcüstanda yeddi medal

Fernandu Santuş: “Azərbaycan Avropanın 20 ən yaxşı ölkəsindən biridir”

Azərbaycan millisi sabah yoldaşlıq oyunu çərçivəsində Haiti yığması ilə qarşılaşacaq.

Pressing.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun oyundan bir gün əvvəl mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı çox yaxşı hazırlaşdıqlarını bildirib:

“Kim sabah oynayacaq, artıq qərarlaşdırmışam. Qərar artıq verilib. İndidən deyə bilmərəm kimlər oynayacaq. Ümumilikdə, əlimizdə olan oyunçular bizimlə olacaq. Kimlərsə meydanda iştirak edəcək, kimlərsə ehtiyatda qalacaq.

Heç kim sual vermədiyinə görə sabahkı oyun haqda fikirlərimi bölüşmədim. Sual olanda mən ona cavab verirəm. Yaxşı milli komandaya qarşı oynayacağıq. Keyfiyyətli oyunçulara malikdirlər. Rəqibin son beş-altı oyununu izləmişik, təhlilər aparmışıq. İnanıram ki, yaxşı, maraqlı oyun olacaq. Elə bir heyətləri var ki, çalışırlar hücum futbolu oynasınlar. İki hücumçusu var ki, bütün komanda yoldaşları onları axtarmağa çalışırlar. Elə bir heyətdir ki, topu itirdikdə geriyə çəkilmirlər, çalışırlar ki, hücumda pressinq edib topu alsınlar. Əlbəttə ki, müdafiə xəttində problemləri var. Onları burada açıqlamayacam.

Çox yaxşı hazırlaşmışıq. Yaxşı əhval-ruhiyyədəyik. Baxmayaraq ki, sabahkı oyun bizə xal vermir, amma çox istəyirik ki, qələbə qazanaq. Qələbə bizim üçün çox vacibdir. Kollektiv şəkildə çıxış etsək, düşünürəm ki, onları üstələyə bilərik. Oyunçuların fiziki göstəriciləri belədir: bəziləri hündürdür, bəziləri daha cüssəlidir, bəzilərinin boyu balacadır. Bu, futboldur. Futbol daha çox taktika üzərində qurulan bir oyundur.

Novruz bayramı haqqında kifayət qədər məlumatım var. Dünən təamlarından dadmağa imkanım da oldu. Ümumi götürəndə, deyərdim ki, Azərbaycan Avropanın 20 ən yaxşı ölkəsindən biridir. Təhlükəsizlik üst səviyyədədir. Özünüz də görmüş olarsız ki, mən dünən video da çəkib, Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etmişəm.

Premyer Liqa oyunlarını yada salsaq, ən çox azarkeşi “Neftçi” – “Qarabağ” oyununda müşahidə etmişik. Yaxşı atmosfer var idi. Səhv eləmirəmsə, doqquz mindən çox tamaşaçı var idi tribunalarda. İstərdik ki, millinin də oyunlarında çoxlu azarkeş olsun. Amma onları da başa düşmək lazımdır ki, qalib gəlməyimizi istəyirlər. Belə olan halda, say baxımından da artım müşahidə ediləcəyini düşünürəm”.

Saat 21:45-də start götürəcək Azərbaycan – Haiti matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycanın 6 güləşçisi yarımfinalda
Azərbaycan millisi AÇ-də Türkiyəyə rəqib olub
İnyestanın yeni iş yeri
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
AÇ: Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub oldu
"Neftçi"də daha bir legioner - RƏSMİ
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
"Kəpəz" - "Turan Tovuz" oyununa nə qədər bilet satılıb?
Anqolalı futbolçu "İmişli"də - RƏSMİ
AÇ: Rumıniya Bakıda İspaniyanı məğlub etdi
Bölgə klubundan yeni transfer - RƏSMİ
Türkiyə klubunun KL-də rəqibləri məlum oldu
İngiltərədən İspaniyaya
"Beşiktaş"ın rəqibləri məlumdur
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də ilk günü medalsız bitirib
“Qarabağ”ın kapitanı “Tvente” akademiyasına dəvət aldı
“Şahdağ Qusar”dan daha bir transfer - RƏSMİ
“Zirə” – “Neftçi” oyunu Elçin Məsiyevə tapşırıldı
28 avqust: Oyunlar hansı kanallarda?
UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu