Xəbər lentiwidget-title-icon

Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycanın U-21 millisi Çexiyaya qarşı
“Kəpəz” Azərbaycan millisinə qalib gəlib
“Zirə” Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Şahmatçılarımızdan 8-ci turda iki heç-heçə
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Azərbaycan boksçusu Avropa çempionu oldu!
Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“Zirə”nin yeni transferi əməliyyat olunub

Qvardiola, Mourinyo da gətirilsə, heç nə dəyişməyəcək – YAZI

Futbolumuzun, millimizin durumunu açıq şəkildə qəbul edənlər həmişə deyirdi ki, Qvardiola, Mourinyonu da gətir, heç nə dəyişməyəcək. Yaşadıq və gördük. Qvardiola olmasa da, Avropa çempionu olan Fernandu Santuşu gətirdilər və heç nəyin dəyişməyəcəyini gördük. Bu aşkar idi, sadəcə millimizin, futbolumuzun biabırçı durumda olmasını baş məşqçi ilə əlaqələndirənlər də, yəqin hər şeyi anladı. Problemimiz dərinlikdədir. Onsuzda bu nəsli də itirmişik, bu futbolçularla da nəsə qazanan deyil milli. Tezliklə Santuşun təzminatını verib, göndərib, ölkədə stadionların inşasına, akademiyaların təməlinə, gənc, perspektivli yerli məşqçilərin savadının artırılması üçün xaricə göndərilməsinə başlamaq lazımdır. Xilas yolumuz budur.

Dəhşət odur ki, 32 ildir eyni ssenari gedir. Baş məşqçilər, futbolçular dəyişdi, ssenari eynidir: ilk dəqiqələrdə qol buraxdıq-buraxdıq, buraxmasaq, 15-20 dəqiqə oynayırıq, top saxlayırıq, daha sonra bir qol buraxırıq və arxası da gəlir. Nə hücum edirik, nə aqressivlik var, oyunun bitməsini gözləyirik. Ara-sıra əldə edilən uğurlu nəticələri demirəm.

Amin Seydiyev oyunu bərbad keçirdi. Bunu hamı gördü, yeni bir şey yazmıram. Bir futbolçu ilə dəyişən heç nə olmayacaq. Sadəcə maraqlıdır, Fernandu Santuş dəqiq bu mövsüm klublarımızın avrokuboklardakı çıxışını izləyib? İzləmişdisə, Aminin “Sabah”ın heyətində “Makkabi” və “Sent-Patriks”lə görüşlərdə də zəif çıxışını görməli idi axı. Slovakiyaya qarşı da eynən avrokuboklardakı kimi oynadı.

Millimizdən, lap 5 ildən, lap 10 ildən sonra da heç nə gözləməyəcəm. Çünki U-17, U-19, U-21 yığmamızın durumlarını da bilirik. Dəhşətlisi bilirsiz nədir? Gələcəkdən də minimum 15 il geridəyik, itirmişik. Hələ o qarşıdakı 15 ili yaşamalıyıq, amma biz artıq geridəyik. Bu futbolçu nəsli, bu milli..Qatar gedib artıq. Futbolumuzun fəaliyyətini dayandırmalıyıq. Sıfırdan yeni yanaşma, yeni düşüncələrlə lap yenidən başlamalıyıq.

Müəllif: Mirbağır Cəfərli

Oxşar xəbərlər

Bütün xəbərlər