Xəbər lentiwidget-title-icon

Azərbaycan boksçusu Avropa yığmasında
Ayxan Abbasov: "İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq”
Toral Bayramov Lixtenşteynlə oyundan öncə nələr dedi?
Azərbaycan təmsilçisi Türkiyə klubuna məğlub olub
“Neftçi”nin komandaları üçün antidopinq seminarı
"Kristal Pelas" da baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
İngiltərə klubundan qapıçısı ilə bağlı qərar
AFFA 4 komandaya texniki məğlubiyyət verib
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
Bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu!
"Mançester Yunayted” Kerriki istefaya göndərdi
Bakıda cüdoçular üçün təlim-məşq toplanışına start verilib
Azərbaycan gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
“Xilasedici” Çempionlar Liqasında “Sportinq”ə qalib gəlib
12 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA İntizam Komitəsi onları CƏZALANDIRDI
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
ML: Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı
Daha bir futbolçu vəfat etdi
ACF və AMADA-dan milli üçün anti-dopinq seminarı
Nərmin Abdinova Avropa çempionu olub
“Neftçi” Yunanıstan klubuna qalib gəlib
Azərbaycan taekvondoçusu Dakarda gümüş medal qazanıb
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO

Qara düyün və ya formallıq - YAZI

Müəyyən fasilədən sonra estafet yenidən milli komandalara keçir.

2 gün sonra UEFA Millətlər Liqasının oyunları qaldığı yerdən davam edəcək. Artıq qarşıdakı matçlar üçün Azərbaycan millisinə dəvət edilən futbolçuların siyahısı açıqlanıb. Lakin baş məşqçi Canni de Byazinin (!) "əl işi" olan "26-lıq"da millinin və "Qarabağ"ın əsas oyunçularından biri Qara Qarayevin adı yoxdur. Son iki gündə ölkə futbol ictimaiyyətində əsas müzakirə mövzusu budur. 29 yaşlı yarımmüdafiəçinin dəstədən kənarda qalması skandala səbəb olub.

Hər iki səbəbkar məsələ haqda açıqlamasıyla diqqət çəkib. Qara milliyə dəvət almadığı üçün məyus olduğunu, lakin De Byazinin qərarına hörmətlə yanaşdığını bildirib. 66 yaşlı apeninli isə bunun səbəbini Qarayevin özündən soruşmağın düzgün olduğunu dilə gətirib. Yəni, mövzudan yayınıb.

Yerli mətbuatda isə bununla bağlı müxtəlif fikirlər səsləndirilir, təhlillər yazılır - bir sözlə, səbəblər araşdırılır. Məsələn, "Futbolpress.az" saytının iddiasına görə, komandanın Millətlər Liqasında iyun ayında keçirdiyi oyunlar zamanı yığmanın düşərgəsində Qarayevlə De Byazi arasında narazılıq yaranıb. Qara az oynamasına etiraz edib. Belarusla səfər, Slovakiyaya qarşı ev oyunlarında cəmi 50 dəqiqə meydanda olan yarımmüdafiəçi az oynaması ilə bağlı italyan mütəxəssisə kəskin narazılığını bildirib. Məhz bu səbəbdən də futbolçunun adına iki gün əvvəl açıqlanan siyahıda rast gəlməmişik.

***

Nə isə, Qaranın çağırılıb-çağırılmaması haqda uzun-uzadı danışmaq istəmirəm. Sözümün canı başqadır. Daha doğrusu, hamıya bəlli olan mövcud durum. İstər Qaralı, istərsə də Qarasız - bu millidən ciddi uğur gözləməyə dəyməz.

Bu barədə dəfələrlə yazılıb, tənqidi fikirlər səsləndirilib. Düzgün idarəetmə, komanda ruhu, döyüşkənlik, xarakter - bunların hamısının cəmləşdiyi bir milli olmadıqca, oturub nəyəsə ümid etmək sadəlövhlük olar.

Təəssüf ki, millinin mövcudluğunun bir isbatı var - o da formallıq. Azərbaycanın futbol üzrə yığma komandası bu gün formallıq üçün var. Ölkəni beynəlxalq yarışlara təmsil edir. Amma necə edir, bu, hamıya məlumdur.

İndidən bədbin danışmaq bəlkə də yersizdir, amma Azərbaycan millisinin oyunlarına proqnoz verməkçün ekstrasens olmağa gərək yoxdur.

Xülasə, 2 gündən sonra yığmanı Slovakiya seçməsi ilə çətin oyun gözləyir. Yenə də uğurlar arzu edirik!

Offsideplus.az

Oxşar xəbərlər

Bütün xəbərlər