Xəbər lentiwidget-title-icon

“Qızıl top”un Azərbaycan təmsilçisi: "Keynin seçilməsində ədalətsizlik görmürəm"
Azərbaycan Kubokunda 5 komanda 1/8 finala yüksəldi - NƏTİCƏLƏR
Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atıldı
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi başlayır
27 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan yığması UEFA İnkişaf Turnirini qələbə ilə bitirib
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcəklər
"Araz-Naxçıvan" Çempionlar Liqasında ilk oyununa çıxır
Azərbaycan millisinin rəqibi müəyyənləşib
Bakıda ne-vaza üzrə ACF Kuboku başa çatıb
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində iştirak edəcək
Azərbaycan millisi EEVZA çempionatını 5-ci pillədə bitirib
“Futzalçılarımız üçün tarixi şansdır” - Fərid Ələkbərov
Murad Məmmədov oynadı, komandası xal itirdi
"Qızıl top" Harri Keynin oldu
"Qalatasaray" "Fənərbağça"ya qalib gəldi
“Qalatasaray” - “Fənərbağça” matçı üçün HEYƏTLƏR
“Qəbələ”nin əvəzedicilərindən qələbə
La Liqa nəhəngində itki
Qazaxıstan klubunda ayrılıq
Azərbaycan və Özbəkistanın idman nazirləri Respublika Velotrekində olublar
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
"Qalatasaray" - "Fənərbağça" oyunu hansı kanallarda? - TV AFİŞA
Bu ölkədə çempion bəlli oldu
Həsrət Cəfərov və Nihat Məmmədli yarımfinalda

"Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanaraq ötənmövsümkü uğuru təkrarlamaqdır" – Rəşad Sadıqov

"Deyərdim ki, vacib üç xalı əldə etdik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Gələn turda səfər görüşümüz olacaq. Həmin oyuna fokuslanacağıq".

Pressing.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 7-ci turunun "Sumqayıt"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Demək olar ki, "Zirə"nin liqadakı tək rəqibi "Qarabağ"dır?

- Yox, mən belə deməzdim, razı deyiləm. Yaxşı oyun göstərən komandalar var, nəticələr əldə edirlər. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, “Sumqayıt”, “Neftçi”... Klublar mövsümün sonuna kimi avrokuboklar uğrunda mübarizə aparacaqlar. Ayxan Abbasov "Şamaxı"da yaxşı kollektiv formalaşdırıb. Bu mövsüm rəqiblər daha da çox olacaq.

- "Neftçi"dən ayrılan və hazırda azad agent statusu daşıyanQara Qarayevin xidmətində maraqlısınız?

- Onunla keçən ilə görüşmüşdüm. "Qarabağ"dan ayrıldıqdan sonra onu "Zirə"yə gətirmək istəyirdik. O, "Neftçi"yə keçdi və orada oynamağa qərar verdi. İndi isə elə vaxtda azad agent kimi qaldı ki… Təbii ki, onun kimi futbolçunu hər bir komanda heyətdə görmək istəyər. Sadəcə indi bizdə onun mövqeyində 4-5 oyunçu var. Qara ilə bu il danışığımız olmayıb. Düzü, ötən mövsüm onu komandaya gətirməkdə israr edirdim. Lakin o, sonda "Neftçi"ni seçdi.

- Demək olar ki, bu qərarından sonra inciklik olub?

- Yox. Bizim onunla münasibətimiz elədir ki, bu qərarı münasibətimizə təsir etməz. Məni də sıxan müəyyən nüanslar var. Qara oynamalı olan futbolçudur. Hardasa qalmaq onun üçün yaxşı olmaz. Qara matçlarda iştirak etməlidir, iddialı futbolçudur. Qara ilə münasibətimiz qaydasındadır. Futbol haqda söhbətlərimiz də olur. Lakin transfer barədə onunla danışığımız olmayıb.

- Emin Mahmudovun da “Neftçi”dən qalacağı gözlənilmir. Onu heyətinizdə görmək istəyərdiniz?

- Təbii ki, hamı bunu istəyər. Futbolda uğursuz periodlar olur. Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin "Neftçi"də layiqli kapitan olub. Roman Qriqorçuk təcrübəli mütəxəssisdir. Məncə, Mahmudov yoluna davam etməlidir. Bizi əvvəlki oyunları ilə sevindirməlidir.

- Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmaları uğursuz nəticə göstərir. Hər halda, yerli futbolçu baxımından sıxıntılar olduğu aşkardır. Sizcə, çıxış yolu nədir?

- Bilirsiz, bundan 4-5 il əvvəl hazırkı problemləri yaşayacağımız görünürdü. Amma mən gələcəyə nikbin baxıram. AFFA-nın yeni rəhbərliyi futbolumuza yeni nəfəs gətirməyə çalışır. Bunun bəhrəsini görəcəyik. 9-10 yaşından yetişdirdiyimiz futbolçuların 7-8 ilə yaxşı olacaqlarını düşünürəm.

- Bəs AFFA-ya bu mövzuda hansı təklif edərdiniz?

- Mən məşqçiyəm, bununla bağlı müzakirə lazım olarsa, edərik. Düzünü deyim, mən 10 yaşlı futbolçunu necə yetişdirmək lazım olduğunu bilmirəm. Çünki hər bir yaş qrupunun öz peşəkar kadrı var. Məndən 18-19 yaşlı oyunçu barədə soruşsanız, nəsə demək olar.

- "Zirə" də Azərbaycan futbolunda dominantlıq edir. Bu komandanın çempionluq uğrunda mübarizə aparması üçün nəyə ehtiyacı var?

- Vəziyyətdə, gedişatdan asılı olan çox şey var. Elə məşqçi gələ bilər ki, komandanı bir ay ərzində dəyişsin. Hər şey mümkündür. Hazırda “Turan Tovuz”un əsas üstünlüyü odur ki, indiki məşqçi də əvvəlki məşqçi kimi eyni sistemlə oynamağa davam edir. Kurban Berdıyevin futbolçulara yanaşmasından sonra komanda artırıb. Bəlkə sabah "Zirə"yə gələrsə, yenə də uğurlu olar. Nə qədər zamana ehtiyac olduğunu bilmirəm. Başımızı aşağı salıb, bildiklərimizi etməyə çalışırıq. Allah qoysa, daha yaxşı, daha möhkəm komanda olarıq. Stabilliyi qorumağa ehtiyac var. Təbii ki, bunu etmək asan məsələ deyil. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanaraq ötən mövsümkü uğuru təkrarlamaqdır. İrəliyə baxmaq lazımdır.

- Bəs 10 ildən sonra da özünüzü "Zirə"də görürsünüz?

- Ola bilər, niyə də yox?

Oxşar xəbərlər


Bütün xəbərlər

“Qızıl top”un Azərbaycan təmsilçisi: "Keynin seçilməsində ədalətsizlik görmürəm"
Azərbaycan Kubokunda 5 komanda 1/8 finala yüksəldi - NƏTİCƏLƏR
Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atıldı
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi başlayır
27 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan yığması UEFA İnkişaf Turnirini qələbə ilə bitirib
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcəklər
"Araz-Naxçıvan" Çempionlar Liqasında ilk oyununa çıxır
Azərbaycan millisinin rəqibi müəyyənləşib
Bakıda ne-vaza üzrə ACF Kuboku başa çatıb
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində iştirak edəcək
Azərbaycan millisi EEVZA çempionatını 5-ci pillədə bitirib
“Futzalçılarımız üçün tarixi şansdır” - Fərid Ələkbərov
Murad Məmmədov oynadı, komandası xal itirdi
"Qızıl top" Harri Keynin oldu
"Qalatasaray" "Fənərbağça"ya qalib gəldi
“Qalatasaray” - “Fənərbağça” matçı üçün HEYƏTLƏR
“Qəbələ”nin əvəzedicilərindən qələbə
La Liqa nəhəngində itki
Qazaxıstan klubunda ayrılıq