Xəbər lentiwidget-title-icon

"Zirə" "Payde"yə qarşı - YENİLƏNİR
"Payde" - "Zirə" oyunu üçün HEYƏTLƏR
Misli Premyer Liqası və kubokun tam təqvimi açıqlanıb
Azərbaycan millisinin heyəti açıqlanıb - RƏSMİ
“Arsenal”dan 40 milyon avroluq transfer
"Barselona" gücünə güc qatdı - RƏSMİ
Mamadu Kane yenidən Azərbaycan klubunda
"Mançester Siti"dən Foden qərarı
Azərbaycanın cüdo yığması dünya çempionatına Şamaxıda hazırlaşır
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
Emin Mahmudov - 10
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
Argentinalı futbolçu "Çelsi"də
23 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Qarabağ" SSKA-nı qəbul edir
"Neftçi"nin "Dinamo"ya məğlubiyyəti - VİDEO
Konfrans Liqası: "Zirə" "Payde"yə qarşı
Lionel Messi hamını qabaqladı
Portuqaliyalı futbolçu "Kəpəz"də
"Kəpəz"də ayrılıq - RƏSMİ
Kazemiro Messinin komandasında
Yuri Vernidub: "Məğlubiyyət birinci növbədə mənim günahımdır"
"Neftçi” Bakıda 4 qolla uduzdu
Rəşad Sadıqov: "Çalışacağıq ki, rəqibin oyununu pozaq"
"Şəfa"da qvineyalı futbolçu

Qriqorçuk: "Qara Qarayevə dəfələrlə demişəm ki, onu əsas heyət oyunçusu kimi görmürəm"

"Neftçi" klubu Azərbaycan Premyer Liqasının 3-cü turunda öz meydanında "Sabah"a 0:2 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Siz bura gələndə çoxları düşünürdü ki, "Neftçi" "Qarabağ"la çempionluq mübarizəsi aparacaq. Amma 3 turdan sonra komandanın nəticələri və oyunu ümidverici deyil. Bu durumu necə şərh edərdiniz?

- Əlbəttə ki, haqlısız. Bu gün məğlub olduq, istədiyimiz kimi oynamırıq. Hər şey neqativ görünür. 3 tur ərzində azarkeşlərimizə qələbə baxş edə bilməmişik.

- Mətbuatda belə xəbərlər var ki, klub rəhbərliyi ilə aranızda fikir ayrılığı yaranıb, istefa vermək istəyirsiz. Bu barədə nə deyə bilərsiniz?

- Mətbuatda bu cür söz-söhbətlərin olduğunu indi öyrəndim. Bu məsələni, ümumiyyətlə, şərh edə bilmərəm. Bu həftə ərzində rəhbərliklə danışığımız belə olmayıb.

- Yeni transferlərin oyunundan razısız?

- Yeni futbolçuların gəlməsi sevindiricidir. Biz bunun üzərində çox iş görürük. Hələ transferlərimiz bitməyib, yeni oyunçular gələcək. Hər futbolçunun performansını mühakimə etmək üçün ən azı 5-6 tur lazımdır. Bəzi oyunçular obyektiv səbəbdən tam hazır deyillər. Son oyunlarını may ayında keçiriblər. Yavaş-yavaş komandaya uyğunlaşmağa cəhd göstərirlər.

- Transferlər sırf sizin seçiminiz əsasında edilir?

- Mənə oyunçuların siyahısı verilir. Onlara baxıb seçimlər edirik. İstisna hal kimi Andrey Ştoqrini qeyd edərdim. Mənim əvvəlki komandamda çıxış edib. Sırf mənim təqdimatım əsasında "Neftçi"yə gəlib. Hər gələn futbolçu haqda klubun mətbuat xidmətinə verdiyim açıqlamanı indi də təsdiqləyirəm.

- "Qəbələ"yə yeni gəldiyiniz vaxtda tanıdığınız bəzi futbolçuları komandaya dəvət etmişdiz. "Neftçi"də isə bu halı görmürük. Bu, nə ilə bağlıdır?

- Səmimi desəm, heç Ştoqrini də gətirmək istəməzdim. Amma artıq bu baş verib. Klubda bir sistem var, oyunçuları izləyirlər, təhlil edirlər. Məşqçi də bunun əsasında seçim edir. Sivil yoldur, buna da hörmətlə yanaşıram. Antonovu "Qəbələ"yə gətirəndə şayiələr yayılmışdı ki, mənim yaxın qohumumdur.

- Qara Qarayevi əvəzedici heyətə göndərməyinizin səbəbi nədir?

- Qara həm yaxşı insandır, həm yaxşı futbolçudur. Uzun ilıər Azərbaycan milli komandasının şərəfini qoruyub, Azərbaycanın ən böyük klublarından birində çıxış edib. Onunla səmimi söhbət etmişəm, Qaraya dəfələrlə demişəm ki, onu əsas heyət oyunçusu kimi görmürəm. Əvəzedici heyətdə olması klubla futbolçu arasında olan məsələdir. Mən bu haqda şərh verə bilmərəm.

- Transferlərə baxanda belə görünür ki, sizə verilən siyahıdan pisin yaxşısını seçmək məcburiyyətində qalmısız. Bu duruma nə qədər müddət tab gətirə biləcəksiz?

- Çalışdığım hər futbolçunu çox istəyirəm, hamısına hörmətlə yanaşıram. İstəyirəm onların yaddaşında yaxşı qalım.

- 90 dəqiqə ərzində qapıya dəqiq zərbə olmamasını necə şərh edərdiniz?

- Əvvəldə də bildirdim ki, oyundan narazıyam. Bundan daha yaxşı çıxış etməliyik.

Oxşar xəbərlər