Xəbər lentiwidget-title-icon

Sabirabaddan Alanyaya: "Marafon" İK-nın beynəlxalq sınağı
Konfrans Liqasında 18 oyun keçiriləcək
Avropa Liqasında 3-cü tur həyəcanı
Misli Premyer Liqasında 9-cu turun hakimləri
Bakıda Azərbaycan çempionatı baş tutacaq
“Araz-Naxçıvan” və “Qarabağ” üçün maarifləndirici sessiyalar keçirilib
“Neftçi”dən AK-də növbəti məğlubiyyət
"Qalatasaray"ın 4 qolluq qələbəsi - VİDEO
De Liqt sıralara qayıtdı
"Qalatasaray" və "Bayern"dən qələbə - NƏTİCƏLƏR
Cüdoçularımız Düşənbədəki qran-pri turnirində iştirak edəcəklər
“Şahdağ Qusar” zirvədə
AVF rəsmisi Avropa çempionatının oyununda
AFFA rəsmisinin mübahisəli epizodlarla bağlı şərhi - VİDEO
Azərbaycanın 7 boksçusu mərhələ adlayıb
Ayxan Abbasov U-16 millisnin üzvləri ilə görüşüb
Azərbaycan millisi İraqdakı yarışda iştirak edəcək
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək millinin heyəti açıqlanıb
Emrelinin komandasında yeni baş məşqçi
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
21 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
ÇL: "Bayern" "Arsenal"a qarşı
Stas Pokatilov ikinci pillədə
PSJ - "Barselona" oyununda 6 qol - VİDEO
Birinci Liqada növbəti tur başlayır

"Bizim daxili işlərimizə qarışmayın" - Qriqorçukdan SƏRT REAKSİYA

"Neftçi" Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Pressing.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu qol "Neftçi"yə yaraşdı?

- Burada heç bir problem yoxdur. Hansısa feyr-pleydən danışmağa səbəb görmürəm. Hər şeyi görürdüm. Bunu şərh etmək rahatdır. Bizim oyunçumuz ayağa qalxırdı. Heç bir səbəb yox idi ki, rəqibin qapıçısı topu çölə vursun.

- Rəhman Hacıyev və Emin Mahmudov meydana çıxsalar da, onlara kapitanlıq sarğısı verilmədi. "Neftçi"nin kapitanı və vitse-kapitanı kimlərdir?

- Sizin işinizə hörmət edirəm. Amma bəzi çərçivələr varsa, bizim daxili işimizdir. O məsələlərə qarışmayın. Bu, bizim daxili işimizdir.

- Sizə elə gəlmir ki, Lebon sol cinahda daha effektivdir? Amma siz onu sağda oynadırsız. Belə başa düşürük ki, siz Ştoqrini o mövqedə daha üstün görürsüz?

- Məncə, vinger həm sol cinahda, həm də sağ cinahda eyni qaydada oynamağı bacarmalıdır. Futbolçulara hər oyundan qabaq deyirik, onlara hədəf qoyuruq və qərarlar veririk. Ştoqrin üçün sol və ya sağ cinahda oynamağın fərqi yoxdur. Taktiki cəhətdən nəzərə alsaq, rəqibin hücumlarını neytrallaşdırmaq istəyirik.

- "Qəbələ"də də çempionluq uğrunda mübarizə aparırdız. Orada daha çox təzyiq hiss edirdiz, yoxsa "Neftçi"?

- Hazırda təzyiqə az fikir yönləndirirəm. Elə yoldayıq ki, komanda yenilənir. Transfer işlərini davam etdiririk. Başa düşürük ki, bir az gecikmələr oldu. Bəzi oyunçuların hazırkı durumu istədiyimiz formada deyil. Təzyiqi o zaman hiss edərdim ki, komandam istədiyim formadadır, amma nəticələr qazanmırıq. Düşünürəm ki, milli komandaların fasiləsini gözləməliyik. Bu müddət də hələ azdır ki, istədiyimiz oyun üslubunu quraq. Mən sadəcə öz işimə fundamental yanaşıram. Çox istəyərdim ki, artıq nəticələr olsun. Amma mən elə komanda, oyun qurmaq istəyirəm ki, sistematik olaraq bizə nəticələr versin. Başqa cür yanaşa bilərik. Deyə bilərik ki, nəyin bahasına olursa-olsun qalib gələk. Qanın bahasına belə. Çox istəyərdim ki, öz stilimizdə oynayaraq, qalib gələk. Əminəm ki, qısa zamanda daha yaxşı olacağıq. İstəmirik ki, qələbələrimiz təsadüfi olsun.

- Dörd turdan sonra qələbə qazanmadığınıza görə hansı hissləri keçirirsiz?

- Tutduğum yoldan dönmək istəmirəm, səbirli davranmaq istəyirəm. Hisslərə gəldikdə, yaxşı deyil. Daha yaxşı olmasını istəyərdim. Səbirlə davranacam, istədiyim şeyi əldə edəcəm.

Oxşar xəbərlər


Bütün xəbərlər

Sabirabaddan Alanyaya: "Marafon" İK-nın beynəlxalq sınağı
Konfrans Liqasında 18 oyun keçiriləcək
Avropa Liqasında 3-cü tur həyəcanı
Misli Premyer Liqasında 9-cu turun hakimləri
Bakıda Azərbaycan çempionatı baş tutacaq
“Araz-Naxçıvan” və “Qarabağ” üçün maarifləndirici sessiyalar keçirilib
“Neftçi”dən AK-də növbəti məğlubiyyət
"Qalatasaray"ın 4 qolluq qələbəsi - VİDEO
De Liqt sıralara qayıtdı
"Qalatasaray" və "Bayern"dən qələbə - NƏTİCƏLƏR
Cüdoçularımız Düşənbədəki qran-pri turnirində iştirak edəcəklər
“Şahdağ Qusar” zirvədə
AVF rəsmisi Avropa çempionatının oyununda
AFFA rəsmisinin mübahisəli epizodlarla bağlı şərhi - VİDEO
Azərbaycanın 7 boksçusu mərhələ adlayıb
Ayxan Abbasov U-16 millisnin üzvləri ilə görüşüb
Azərbaycan millisi İraqdakı yarışda iştirak edəcək
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək millinin heyəti açıqlanıb
Emrelinin komandasında yeni baş məşqçi
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib