Xəbər lentiwidget-title-icon

"Yolumuza davam edəcəyik" - Qurban Qurbanov
"Neftçi" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Qələbəyə sevinirik"
AFFA nümayəndələri UEFA-nın illik konfransında
BOS almanların iddiasının əsassız olduğunu açıqladı - FOTOLAR
"Qarabağ" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Emin Mahmudovdan vida sözləri: "Milli formanı geyindiyim ilk günü..."
“Gəncəbasar”da yeni prezident
"Ayın qolu"nun müəllifi mükafatlandırılıb
Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb
“Turan Tovuz”un futbolçusu Moldova millisinə çağırıldı
Latviya yığmasının Azərbaycanla oyun üçün heyəti - SİYAHI
AMF Azərbaycan millisinin baş məşqçisini təbrik edib
AFFA 8 komandaya texniki məğlubiyyət verib
MPL: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Bu futbolçu "Sabah"dan ayrıldı - SON DƏQİQƏ!
Azərbaycan gimnastları Dünya çempionatında mübarizəni davam etdirirlər
"Qəbələ" eksklüziv forma dəstini təqdim edib
“DH Volley” CEV Çelenc Kubokunda 1/16 finala yüksəlib
Azərbaycan cüdoçuları üçün Xorvatiya sınağı
Avropa Liqasında gecənin nəticələri
"Brayton"dan qələbə, "Trabzonspor"dan məğlubiyyət
"Trabzonspor" Almaniya klubuna belə uduzdu - VİDEO
UÇL-də həftənin rəmzi komandası açıqlanıb

"Neftçi" rəhbərlərinin kapitan Emin Mahmudovu sıradan çıxarma planı

"Neftçi"də xaos davam edir. Klubun idarəetməsindəki hərc-mərclik komandaya da sirayət edir.

"Ağ-qaralar" artıq 4 turdur ki, qələbə qazana bilmir. Son olaraq iki gün əvvəl - Premyer Liqanın 4-cü turunda "Araz-Naxçıvan"la qarşılaşan "Neftçi" son saniyələrdə vurduğu qolla məğlubiyyətdən yaxa qurtardı - 1:1. Paytaxt təmsilçisi bu nəticələrdən sonra turnir cədvəlinin 9-cu pilləsində (!) qərarlaşıb.

Bu matçda diqqətçəkən məqamlardan biri də komandanın kapitanının kim olması idi. Belə ki, paytaxt klubunu bu qarşılaşmaya kapitan kimi yeni transfer Ramil Şeydayev çıxarmışdı. O Şeydayev ki, həmin matçadək "Neftçi"nin heyətində cəmi 3 oyun keçirmişdi. Nə əcəbsə, görüşün gedişində meydana daxil olan Rəhman Hacıyev və Emin Mahmudova kapitanlıq sarğısı təqdim olunmadı.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında əməkdaşımız bu məsələ ilə bağlı "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuka sual ünvanladı. Fəqət ukraynalı bu suala cavab verməkdən yayındı.

Maraqlıdır ki, "ağ-qaralar"ın kapitan və vitse-kapitanları kimlərdir? Uzun müddətdir komandanın kapitanlıq sarğısını qolunda daşıyan Emin Mahmudov niyə bundan məhrum edilib?

Pressing.az-a daxil olan məlumata görə, klub rəhbərliyindəki müəyyən şəxslərlə təcrübəli futbolçu arasında sular bulanıb. Hətta Mahmudovu dubla göndərmək planı da var. İllərini "Neftçi"yə verən "8 nömrə"nin gözümçıxdıya salınması isə klub daxilindəki xaosdan xəbər verir.

Bu məsələdə baş məşqçi Roman Qriqorçukun üzərinə çox gedə bilmərik. Görünür, tapşırıq yüksək səviyyədə verilib və Emin Mahmudov sıradan çıxarılır.

Məqsəd ötən il gətirilən bahalı futbolçu və məşqçilərə çəkilən böyük xərcin Emin Mahmudovun maaşını azaltmaqla kompensasiya edilməsidir. Bu proses hələ ötən mövsümün sonlarında başlamışdı. "Neftçi" funksionerləri "Gloria Jeans"də əyləşərək, onlara yaxın bəzi mətbu orqanlarda futbolçunun aldığı məvacibi dərc etdirmək üçün dəridən-qabıqdan çıxırdılar.

Monitorinq qrupumuzun müşahidələrinə əsasən, "Neftçi"dəki rəhbərlər nəzarətləri altında olan bəzi platformalar vasitəsilə ictimaiyyətdə elə bir fikir formalaşdırırlar ki, klubdakı bütün uğursuzluqların səbəbkarı Emin Mahmudovdur və tez-tez də onun yüksək maaş aldığını gündəmə gətirirlər.

Halbuki bugünədək klubda təyinatı üzrə işləməyən isveçli idman direktoru Yens Anderson da futbolçu ilə demək olar ki, eyni maaş alır. Lakin o, məsuliyyətdən kənardır.

Tarıyel

Oxşar xəbərlər

Bütün xəbərlər