Xəbər lentiwidget-title-icon

Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!
"Qalatasaray"da ciddi itki

“Neftçi” Miri Yusifə 21,480 manat pul ödədi – ŞOK!

"Neftçi"dən maraqlı informasiyalar gəlməkdə davam edir.

Pressing.az
-a daxil olan məlumata görə, "ağ-qaralar"ın yeni rəhbərliyi uğursuz nəticələr fonunda komandadan incik düşən azarkeşlərin könlünü almaq üçün himn yazdırmaq sevdasına düşüb. Və təbii ki, ilk olaraq bununla bağlı şou-biznesin içində olan, eyni zamanda prodüser kimi fəaliyyət göstərən "Neftçi"nin Mətbuat Xidmətinin rəhbəri Emin Əfəndiyə müvafiq tapşırıq verilib.

Klubun sözçüsü isə ilk növbədə prodüseri olduğu xalq artisti Miri Yusifi önə çəkib. Bu sifariş əsasında paytaxt təmsilçisi üçün yeni himn yazılıb. Lakin ortaya qoyulan iş klub rəhbərliyi tərəfindən bəyənilməyib.

Emin Əfəndi isə məhsul bəyənilməsə belə, ərsəyə gətirilən iş üçün xalq artistinə ödəniş edilməsinin zəruriliyini rəhbərliyin nəzərinə çatdırıb.

Məbləğ isə heç də az deyil. Belə ki, SOCAR-dan "Neftçi"yə ayrılan milyonlardan nə az, nə çox - 21,480 manat şou-biznes nümayəndəsinin hesabına köçürülüb.

***

"Neftçi" PFK bununla bağlı rəsmi açıqlama yayaraq, əməkdaşlığın klubun keçmiş rəhbərliyinin dövründə olduğunu bəyan edib.


Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər