Xəbər lentiwidget-title-icon

"Liverpul"da yeni təyinat - RƏSMİ
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
Ayxan Abbasov: "Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq"
“Qarabağ”ın qapıçısı oynadı, Polşa heç-heçə etdi
26 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Gürcüstan millisində baş məşqçi ayrılığı
Formula 1-də həlledici yarış günü
Azərbaycan yığmasından tarixi nailiyyət
Millətlər Liqasında daha 10 oyun
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimi yenidn Füzulidə
Bakıda keçiriləcək dünya çempionatına hazırlıq davam edir
Azərbaycan millisi Çexiyaya qalib gəlib
"Sabah"ın hücumçusu millidə qol vurdu
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
"Zirə" Çempionlar Liqası ilə vidalaşıb
Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

“Şirin” millini uğura daşıyan vacib səbəblər

Son günlər ölkənin bir nömrəli futbol komandasının məşqçi və futbolçu heyətinin şəninə təriflər yağır, xoş fikirlər səsləndirilir.

Səbəb tarixdə görmədiyimiz günləri yaşamağımızdır. Azərbaycan millisi son 5 oyunu qələbə ilə başa vurub.

Məğlub edilən komandalar arasında Slovakiya, Qazaxıstan və Şimali Makedoniyanın olması futbolsevərlərin yaxın gələcəyə olan inamını artırıb.

Uğurlu qrafiki qoruyub-saxlamaq mümkün olacaq, ya yox, birlikdə görəcəyik. Hələ ki, şad-xürrəmik, əhvalımız yerindədir.

Nisbi uğurun kökündə Canni de Byazinin uğurlu heyət və mövqe seçimi dayanır.

İtalyan çalışdırıcı kimin nəyə qadir olduğunu bilir və futbolçulara lazım olan yerdə şans verir. Kiminsə haqqı tapdanmır, hücumçu sol cinah müdafiəçisi qismində oynamır.

Şimali Makedoniya ilə qarşılaşmada “11-liy”in 8 nəfəri Azərbaycan Premyer Liqasında top qovanlar idi. 6-sı “Qarabağ”ı, hərəyə 1 futbolçu olmaqla “Sabah”la “Neftçi”ni təmsil edirdi.

Ağdamlıların avrokuboklardakı uğurlu çıxışı və yerli futbolçuların yetərincə şans qazanması olduqca vacib amildir.

Bu yerdə 10 komandalı çempionatda rəqabətin artdığını və futbolçuların beynəlxalq tələblərə cavab verən səviyyəyə yüksəldiyini də deyə bilərik.

Millidəki gəncləşdirmə siyasətinin özünü aşkar şəkildə göstərməsi də danılmaz faktdır. 20 yaşlı Musa Qurbanlı ilə 22 yaşlı Elvin Cəfərquliyev əsas heyətdə yer alır,

24 yaşlı Ozancan Kökçü ilə ondan 1 yaş böyük Bəhlul Mustafazadə ilk dəqiqələrdən şans qazanır, 21 yaşlı Ceyhun Nuriyev Emin Mahmudovu əvəzləyir.

Rəqabət və seçim o qədər genişdir ki, Mahir Emreli və Namiq Ələsgərov kimi top-adlar ehtiyat oyunçular skamyasında şans gözləyir.

Bəli, millidə adlar yox, hazır olanlar oynamalıdır. De Byazi son vaxtlar bu prinsiplə hərəkət edir və bəhrəsini görməkdəyik.

Bax, milli bu cür daha “şirin” və qəlbə yaxın görünür. Bu, hələ başlanğıcdır. Futbolçular eyforiyaya qapılmamalı, AÇ-2024-ün seçmə mərhələ oyunlarında Belçika, İsveç, Avstriya kimi yığmalara güc göstərməlidir.

Tarix yazmağın zamanı yetişib.

Həbib Aslanov, "Sportinfo.az"

Oxşar xəbərlər

Bütün xəbərlər