Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

"Bu, De Byazinin seçimidir" – MÜSAHİBƏ

"Oyuna çox yaxşı hazırlaşmışdıq. İki gün idi ki, buradaydıq. Pis başlamadıq. Meydança səviyyədə deyildi ki, istədiyini edəsən. Bu oyunda qazandığımız bir xalı normal hesab edirəm. Qarşıdan gələn "Sabah" matçına hazırlaşacağıq".

Pressing.az xəbər verir ki, bu sözləri "Zirə"nin müdafiəçisi Qismət Alıyev deyib. 26 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə "Kəpəz"lə heç-heçə etdikləri matçdan (1:1) sonra əməkdaşımızın suallarını cavablandırıb.

- Bu gün xal itirdiniz. Sabah "Qəbələ" qalib gələrsə, xal fərqi ikiyə enəcək. Bu, avrokubokara yollanmaq şanslarınızı azalda bilər?

- İndidən nəsə demək çətindir. Demək olar ki, üst pillələrdə qərarlaşan komandaların hamısı Gəncədəki oyunda xal itirib. "Qarabağ" və "Sabah" da həmçinin. Biz də, bu gün qalib də gələ bilərdik, uduza da bilərdik. "Qəbələ" "Turan Tovuz"la oynayacaq. Düzü, bizim üçün maraqlı deyil. Biz özümüz öz oyunlarımızı düşünürük. Yəni, biz fikirləşməyəcəyik ki, "Qəbələ" xal itirsin, biz qalib gəlib avrokuboklara yollanaq. Hər şey özümüzdən asıldıır.

- Matçı izləyənlər arasında Canni de Byazi də var idi. Milliyə dəvət olunmaq şansını necə dəyərləndirirsən?

- Milli komandada oynamaq üçün hər bir futbolçu əlindən gələni etməyə hazırdır. Yenə də, dəvət olarsa, əlimdən gələnin ən yaxşısını edəcəm. Millinin baş məşqçisinin seçimidir. Çağırarsa, ən yaxşısını etməyə çalışacam.

Elsevər Muradzadə, Bakı-Gəncə

Oxşar xəbərlər