Xəbər lentiwidget-title-icon

"Qarabağ"ın futbolçusu Ukrayna millisində debüt etdi
Azərbaycanın U-17 millisi də məğlub olub
Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı

"Təmiz qolumuzu saymadılar"

"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasının 10-cu turunda evdə "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

Pressing.az
xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizə də Tovuzda axşam oyun keçirmək qismət oldu. Bu gün hər şey möhtəşəm idi. "Qarabağ"ı burada görmək xoşdur. İddialı olmaq istəyiriksə, bu cür komandalarla oyunda çəkinməməliyik. İkinci hissəyə çox yaxşı başladıq. Təmiz qolumuzu saymadılar. Top göydə olanda hakim fiti çalır. Bu gün VAR sistemi var. Mübahisəli epizodu buraxıb sonra VAR-da incələmək lazımdır. 1 xal bizim üçün önəmli idi. Uduza da bilərdik. Futbolçularıma təşəkkür edirəm. Son 5 dəqiqədə irəli atılıb qol vurdular. Biz klub olmaq istəyirik. Bunun üçün də bir çox maneələr var. Onlarda biri də ot örtüyüdür. Artıq yeni yerimiz var. Orada meydançalar salınandan sonra buranı təbii örtüklü edəcəyik.

- Adətən rəqiblər "Qarabağ"la oyunda müdafiəni düşünür. Siz isə hesab 1:1 olarkən hücum oyunçuları buraxdınız meydana. Qələbə qazana biləcəyinizi hiss edirdiniz?

- Bütün oyunlarda bunu istəyirik. "Qarabağ"la ilk oyunda da müdafiəyə oturmamışdıq. Əlbəttə məğlubiyyətlər olacaq. Komanda belə olur. Bir oyun sistemini qurmaq üçün vaxt lazımdır. Oyundan-oyuna fərq var. Qələbə qazanmaq istəyirdik.

- Bu heç-heçəni qələbəyə bərabər hesab etmək olar?

- Hər xal vacibdir. Uduzmamaq lazımdır. "Neftçi", "Zirə" ilə heç-heçə etsəydik, indi yuxarı pillələrdə ola bilərdik.

- 90-cı dəqiqədə qol buraxdıqdan sonra 1 xalın əldən getdiyini düşündünüz?

- Bizim çəkdiyimiz stress tam başqadır. Amma futbolçuların əzmkarlığı mənə yaxşı siqnal verirdi. Gələcəkdə qələbələr olacaq.

- Hakimin qələbəni əlinizdən aldığını düşünmək olar?

- Hakimə dedeim ki, epizoda baxdım. Mənə elə gəlir ki, VAR-da olanlar başqa oyuna baxıb. Faiq Medinaya toxunmadı. VAR-da dedilər ki, rəqibin köynəyini əynindən çıxarıb. Tək bu oyun deyil. "Sumqayıt"la matçda da penaltimizi vermədilər.

- Azarkeşlər Belajdi Pusini meydana buraxmağınız üçün onun adını səsləndirirdilər. Bu, sizi əsəbləşdirmədi?

- Tovuzda bəzi şeylərə öyrəşməliyilk. Pusi meydanda olsaydı, Otto Conun adını səsləndirəcəkdilər. Azarkeş fikridir. Bu, normaldır. Bizim öz planımız var.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Qarabağ"ın futbolçusu Ukrayna millisində debüt etdi
Azərbaycanın U-17 millisi də məğlub olub
Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib