Xəbər lentiwidget-title-icon

"KuPS" - "Sabah" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib
İtaliya millisi yenə ona ehtiyac duydu
"Siti"dən Qvardiol qərarı
"Araz-Naxçıvan" Qəbələdə oynayacaq
AGF-dən 3 ölkənin güləş federasiyası ilə ikitərəfli anlaşma memorandumu
“Murov Az Terminal”da yeni müqavilə
DÇ: Hüseynli erməni rəqibini məğlub etdi, yarımfinala yüksəldi
Fransa millisi Zidana həvalə olundu - RƏSMİ
İtaliya nəhəngindən yeni transfer
"Qarabağ"ın rəqibindən qələbə
“LANDAU Lions” Azərbaycan millisinin üzvünü transfer edib
28 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA fiziki performansın qiymətləndirilməsi üzrə vebinar təşkil edib
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır
Əvəzedicilər Əvəzedicilər Liqasında 2026/2027 mövsümünün TƏQVİMİ
"Zaqatala"dan "Xankəndi"yə - RƏSMİ
Yığmamızın yeni məşqçiləri valideynlərə təqdim olunub
"Qəbələ"dən ayrılan Ovusu Avropada
"Turan"da yaponiyalı oyunçu
Valdas Dambrauskas: "Çempionlar Liqasında səfərdə keçirilən heç bir oyun asan olmur"
Bakıda güləş üzrə dünya çempionatının açılış mərasimi keçirilib
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
Azərbaycan çempionatlarında püşkatmaların tarixləri məlum olub

Qurbanovun şişirtdiyi Nərimandan 3-cü hörmətsizlik – YAZI

Azərbaycan futbolunda gənc oyunçuların media ilə münasibəti ilə bağlı problemlər zaman-zaman müzakirə mövzusuna çevrilir. Ələlxüsus son vaxtlar "Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin Miks-zona qaydalarına əməl etməməsi diqqətimi çəkir. O Nəriman ki, Bakıda son saniyələrdə "Braqa"nın qapısına qol vurub, səmalara uçdu, sonradan da ərşi-əlaya çəkildi.

2024-cü ilin mart ayında U-21 millimizin İngiltərə yığmasına evdə məğlub olduğu oyundan sonra Axundzadə media nümayəndələrinin açıqlama istəyini kobud şəkildə rədd etmişdi. O vaxt bu hadisə geniş rezonans doğurmuş, hətta Qurban Qurbanov da məsələyə münasibət bildirərək bunun anlaşılmazlıq olduğunu qeyd etmişdi.

Lakin həmin hadisədən 2-3 ay sonra "Qarabağ"ın ev oyunlarından birində futbolçu yenidən "ənənə"sinə sadiq qalaraq jurnalistlərin müsahibə istəyini daha sərt şəkildə geri çevirmişdi. Bu isə onun media ilə münasibətində ciddi problemlər yaşadığını göstərirdi.

Cari mövsümdən etibarən Peşəkar Futbol Liqasının əsasnaməsinə uyğun olaraq klublar oyundan sonra Miks-zona təşkil etməli və bütün futbolçuların ordan keçməsini təmin etməlidirlər. Oyunçular açıqlama verməkdə sərbəstdirlər, lakin Miks-zonadan keçmək onların öhdəliyindədir.

Ötən gün Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"ın "Səbail" üzərində 3:1 hesablı qələbəsindən sonra baş verən hadisənin isə birbaşa şahidi oldum. Həmişə olduğu kimi, Nəriman Axundzadə yenə də Miks-zonadan yayınmağa çalışırdı. Klubun mətbuat xidmətinin rəhbəri, dəyərli həmkarımız, Axundzadənin yaşı qədər futbol sahəsində təcrübəsi olan Anar Hacıyev isə ona bu zonadan keçməli olduğunu bildirdi. Amma gənc futbolçu buna məhəl qoymadı və yoluna davam etdi. Dialoqları eşitməsəm də, Axundzadənin bədən dili və özündən ən azı 20 yaş böyük bir insanı görməzdən gəlməsi məni məyus etdi. Bu yanaşma heç də yaxşı təsir bağışlamırdı.

Axundzadənin ardıcıl şəkildə media nümayəndələrindən yayınması və oyunun bir hissəsi olan bu prosesi ciddiyə almaması düşündürücüdür. Əgər bir futbolçu artıq yetərincə inam qazandığını düşünüb, media nümayəndələrinə sayğısız yanaşırsa, bu, gələcəkdə onun karyerasına da mənfi təsir edə bilər. Çünki "ulduz xəstəliyi"nə tutulan futbolçuların sonrakı aqibətini görə-görə gəlirik.

Baş məşqçinin ona göstərdiyi etimad, görünür, futbolçunun məsuliyyət hissini azaldıb. Amma bu cür hallar nə klubun, nə də ümumilikdə Azərbaycan futbolunun inkişafına xidmət edir. Futbolçuların peşəkarlığını göstərən əsas amillərdən biri də media ilə düzgün münasibət qurmaqdır və bu, bir oyunçunun karyerasına təsir edə biləcək vacib faktorlardan biridir.

Bir sözlə, yaxşı bir deyim var - sirkə nə qədər tünd olsa, öz qabını çatladar...

Sportliqa.az

Oxşar xəbərlər


Bütün xəbərlər

"KuPS" - "Sabah" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib
İtaliya millisi yenə ona ehtiyac duydu
"Siti"dən Qvardiol qərarı
"Araz-Naxçıvan" Qəbələdə oynayacaq
AGF-dən 3 ölkənin güləş federasiyası ilə ikitərəfli anlaşma memorandumu
“Murov Az Terminal”da yeni müqavilə
DÇ: Hüseynli erməni rəqibini məğlub etdi, yarımfinala yüksəldi
Fransa millisi Zidana həvalə olundu - RƏSMİ
İtaliya nəhəngindən yeni transfer
"Qarabağ"ın rəqibindən qələbə
“LANDAU Lions” Azərbaycan millisinin üzvünü transfer edib
28 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA fiziki performansın qiymətləndirilməsi üzrə vebinar təşkil edib
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır
Əvəzedicilər Əvəzedicilər Liqasında 2026/2027 mövsümünün TƏQVİMİ
"Zaqatala"dan "Xankəndi"yə - RƏSMİ
Yığmamızın yeni məşqçiləri valideynlərə təqdim olunub
"Qəbələ"dən ayrılan Ovusu Avropada