Xəbər lentiwidget-title-icon

Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycanın U-21 millisi Çexiyaya qarşı
“Kəpəz” Azərbaycan millisinə qalib gəlib
“Zirə” Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Şahmatçılarımızdan 8-ci turda iki heç-heçə
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Azərbaycan boksçusu Avropa çempionu oldu!
Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“Zirə”nin yeni transferi əməliyyat olunub
2-ci Liqada 6 oyunun hakimləri məlum olub
Azərbaycan Qran-prisində sərbəst yürüşlər keçirilib
"Sumqayıt"da daha bir basketbolçu

"Neftçi TV"nin lisenziyası ləğv edilə bilər - Audiovizual Şuradan AÇIQLAMA

Bir neçə gün əvvəl Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən "Neftçi TV"nin qarşıya qoyulan öhdəlikləri yerinə yetirmədiyi üçün platforma yayım lisenziyasının ləğv edilə biləcəyi ilə bağlı xəbər vermişdik.

Pressing.az olaraq məsələ ilə bağlı sözügedən quruma - Azərbaycan Respublikası Audiovizual Şurasına müraciət etdik.

Qurumdan saytımızın sorğusuna cavab olaraq bu məsələyə baxıla biləcəyi vurğulandı:

"Azərbaycan Respublikası Audiovizual Şurasının (qısa olaraq: Şura) elektron poçtuna 27 yanvar 2024-cü il tarixdə daxil olmuş sorğunuza tərəfimizdən baxılmışdır. Sorğunuzda qeyd olunan suallarla bağlı aşağıdakıları bildiririk:

1.Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən “Neftçi Media” MMC-yə (redaksiya adı: “Neftçi TV”) 14 iyun 2023-cü il tarixli PY-013 nömrəli peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilmişdir. “Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Şura tərəfindən audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının mütəmadi, platforma yayımçılarının (o cümlədən, “Neftçi TV”) proqramlarının isə vaxtaşırı monitorinqləri aparılır.

2024-cü ilin yanvar ayında aparılmış aralıq monitorinq nəticəsində “Neftçi TV” tərəfindən “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 30.6-cı maddəsinin tələbinin (platforma yayımçısı gündə minimum 6 saat yayım həyata keçirməlidir) yerinə yetirilmədiyi aşkarlanmış, bununla əlaqədar “Neftçi TV”-yə qeyd olunan tələbin təmin edilməsi zəruriliyi bildirilmişdir. Yayımçı tərəfindən tələbin yerinə yetirilməsi üçün müəyyən zaman istənilmişdir.

2.“Neftçi TV” tərəfindən “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi yerinə yetirilmədiyi təqdirdə Şura tərəfindən verilmiş lisenziyanın dayandırıması və ya ləğv edilməsi məsələsinə baxıla bilər".

Elsevər Muradzadə

Oxşar xəbərlər

Bütün xəbərlər