Xəbər lentiwidget-title-icon

“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik

AFFA çempionatın oyunu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Azərbaycan Birinci Liqasında 20-ci turunda aprelin 4-ü keçirilən "İrəvan" - "Araz Saatlı" oyununun (1:4) nəticəsi ilə bağlı müəyyən şübhələr yaranıb. Sözügedən görüşün danışılmış matç olması ilə bağlı iddialar səsləndirilir.

Pressing.az
xəbər verir ki, məsələ ilə əlaqədar AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlama verib. O, “CBC Sport"a bildirib ki, AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daim diqqətdə saxlayırlar:

"Sözügedən məsələlərdə bağlı hər hansısa bir siqnal və ya məlumat AFFA-ya daxil olduğu təqdirdə, dərhal müəyyən olunmuş addımlar atılır, aidiyyatı üzrə müəyyən qurumlara məlumat ötürülür, məsələrə araşdırılır. Sözügedən oyunla bağlı da onu qeyd edə bilərəm ki, bu matçın ictimaiyyətdə söz-söhbət yaratdığını nəzərə alaraq bizim tərəfimizdən də məsələ nəzarətə götürüldü. Tərəfimizdən UEFA-ya məlumat ötürüldü. Ola bilsin, onların tərəfindən bu oyunla bağlı hər hansısa bir əlavə məlumat AFFA-ya verilsin. Həmçinin öncədən qeyd etdiyim kimi müəyyən addımlar mövcuddur, hansılar ki, atılıb”.

S.Hacıyev qeyd edib ki, həmin oyunla bağlı AFFA tərəfindən güc strukturlarına da müraciət olunub: “Əlbəttə ki, məsələrə araşdırılır. Araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər".

Əlavə edək ki, bir neçə gün əvvəl mediada “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyevin saxlanılmasına dair məlumat yayılıb. Onun mənimsəmədə ittiham edildiyi iddia olunur.

Oxşar xəbərlər