Xəbər lentiwidget-title-icon

Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Turan”ın Çempionlar Liqası oyununa biletlər pulsuz paylanacaq
Əliyar Ağayev Gürcüstan - Ukrayna oyununu idarə edəcək
"Qəbələ"də yeni məşqçilər - RƏSMİ
UEFA-dan Niderland klubuna cəza
Messi cərmiə zərbəsindən mükəmməl qol vurdu - VİDEO
2-ci Liqada 5-ci tur həyəcanı
Messidən Romeroya
“Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik” - Yankauskas

Azərbaycan millisinin bombardiri: “Bizə yaxşı mənada dərs oldu” – AÇIQLAMA

“Bizim üçün maraqlı turnir oldu. Rəqiblərimiz də Avropada seçilən komandalar idi”.

Pressing.az xəbər verir ki, bu sözləri Azərbaycan U-19 millisinin futzalçısı Ədalət Ələkbərov deyib.

Avropa çempionatının əsas seçmə mərhələsində yığmamızın 5 qolundan 3-nə imza atan hücumçu yarışla bağlı fikirlərini azfutzal.az-a açıqlayıb: “Çalışdıq oyunlara tam motivasiya, məsuliyyətlə çıxaq. Ancaq təcrübəsizlik sözünü dedi. İlk oyuna çox uğursuz start verdik. Halbuki Bosniya və Herseqovinaya həmin hesabla uduzmağa layiq deyildik. Əvəzində toparlandıq, ertəsi gün qrupun əsas favoriti hesab edilən Xorvatiyaya qarşı daha yaxşı oynadıq. Görüş heç-heçə başa çatsa da, qələbə qazana bilərdik. Bəlkə də Bosniya və Herseqovinaya qarşı da belə mübarizə aparsaydıq, meydanı xalla tərk edə bilərdik. Görünür turnirin həyəcanı, erkən qol buraxmağımız fərqin böyüməsinə səbəb oldu. Son görüşümüz qardaş Türkiyə yığmasına qarşı oldu. Bu matç da kifayət qədər gərgin keçdi. Uduzsaq da, rəqib 3 xalı çətinliklə qazandı. Qrupun sürpriz komandası idi. Türkiyə ilə oyunda qaçırdığım epizodları düzgün dəyərləndirə bilsəydim, qələbə qazanardıq”.

Ədalət Ələkbərov turnirin yığmaya faydalı olduğunu qeyd edib: “Yenə deyirəm, bu turnir bizə böyük təcrübə qazandırdı. Oyunlar göstərdi ki, istənilən rəqiblə oynamaq və yaxşı nəticə qazanmaq mümkündür. U-19-un ümumi çıxışı barədə danışsaq, ilkin mərhələdən başladıq. San Marinoda təşkil olunan qrup oyunlarında Kosovo favorit göstərilirdi. Ancaq biz onlara qalib gəlməklə əsas mərhələyə doğrü iri addım atmış olduq. Təəssüf ki, bu görüşdəki nəticə San Marino önünə bir qədər arxayın çıxmağımıza səbəb oldu. Hər şeyə rəğmən, ilk dəfə mərhələ adladıq, əsas mərhələdə isə ilk xalımızı qazandıq. Yaxşı tərəfdən də seçilə bilərdik, sadəcə ilk matçdakı həyəcan, oyuna tam köklənə bilməməyimiz mane oldu. Təbii ki, bunlar bizə yaxşı mənada dərs oldu. İndi çalışmalıyıq ki, özümüzü inkişaf etdirək, gələcəkdə əsas millinin heyətinə cəlb olunaq”.

Qeyd edək ki, millimiz 3 oyunda 1 xal toplayaraq 4 komandalı qrupda sonuncu yeri tutub.

Oxşar xəbərlər

Bütün xəbərlər