Azərbaycan millisi Latviyaya qalib gəldi » Pressing.Az
Azərbaycan millisi Latviyaya qalib gəldi
Yoldaşlıq Oyunları 17-11-2023, 20:42

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.

Pressing.az
xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda “Dalğa Arena”da Latviya U-21-lə qarşılaşıb. Matç Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 32-ci dəqiqədə Camal Cəfərov vurub.

Qeyd edək ki, Samir Əliyevin komandası Avropa çempionatının seçmə mərhələsində noyabrın 21-də Ukrayna ilə qarşılaşacaq. Oyun İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.