Xəbər lentiwidget-title-icon

Vaqif Cavadov Azərbaycan millisində
Pley-in mərhələsinin oyun cədvəli açıqlandı - ABL
Azərbaycan millisinin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisinin rəqibləri məlumdur
Mövsümə yekun vurulub - ABL
Mariya Stadnikdən 250 güləşçi üçün “ustad dərsi”
Rəşad Eyyubov: “Heç-heçə ədalətli nəticədir” - AÇIQLAMA
Türkiyə millisi 24 ildən sonra dünya çempionatında!
UML: Lüksemburq və Latviya C Liqasında qaldılar
Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi
"Qarabağ"lı oynadı, komandası uduzdu
"Tottenhem"i "bataqlıq"dan o çıxaracaq?
Azərbaycan millisi Türkiyə seçməsi ilə birgə
Azərbaycan çempionatına yekun vurulub
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlanıb
Aydın bayramov: “D Liqasını bizim milliyə yaraşdırmıram" – AÇIQLAMA
Gəncədə keçiriləcək Avropa kubokunda 11 ölkə təmsil ediləcək
31 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
DÇ-2026: “Pley-off”da final günü
Azərbaycanın U-21 yığması Bolqarıstana qarşı
"Barselona"dan Flik qərarı
“Neftçi”dən növbəti qələbə - ABL
Umarali Rahmonaliyevin komandası penaltilərlə sevindi
Azərbaycan millisinin qələbəsi - VİDEO
Küçə meydançalarından dünya səhnəsinə – "Red Bull Four2Score" dünyanı fəth edir

Samir Əliyevdən qələbə şərhi

Azərbaycanın U-21 millisi bu gün yoxlama oyunu keçirib.

Komandamız Latviyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.

Millimizin baş məşqçisi Samir Əliyev matçdan sonra Pressing.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Yoxlama xarakterli matç idi. Ukrayna ilə oyunöncəsi imkan yarandı ki, bir çox futbolçulara şans verək. Qapıçı ilə birlikdə 11 əvəzetmə etdik. Hesab da sürüşkən idi. İlk yarıda qol vəziyyətlərimizi reallaşdırsaydıq, əvəzetmələri bir az da tez edərdim. Ki, uşaqlar daha çox oynasın. Qələbə hər zaman xoşdur. Çatışmayan cəhətlərimiz həddən artıq çoxdur.

- Bir mövqe üçün zədəylə bağlı üç əvəzetmə etdiniz. Latviyalılar çox kobud oynayırdılar?

- Belə deməzdim. Futboldur da. Zədəlilərin durumu ilə bağlı həkim məlumat verəcək. Topuq nahiyəsindən xəsarət alıblar. Bizimlə səfərə gedirlər. Orda durumlarına bacağıq.

- "Qarabağ"ın qapıçısı Amin Ramazanov fasilədən sonra meydana çıxdı. Onun əsas heyətdə yer almaq perspektivi nə qədər yüksəkdi?

- O sualı qapıçılarla işləyən məşqçi cavab verəcək. Çünki bizdə qapıçılara cavabdeh odur. İşimiz onun qərarını dəstəkləməkdir.

- Qrupun lideri, İngiltərənin U-21 yığmasına qalib gəlmiş Ukrayna ilə qarşılaşacaqsız. Yəqin ki, psixoloji hazırlıq da vacib olacaq?

- Bizi ağır oyun gözləyir. Buna baxmayaraq, məncə, Ukrayna ilə bir az rahat olacaq. Onlara qarşı tamam fərqli oyun oynayacağıq. Rəqib qrupun lideridir, lap yaxşı. Bu özü artıq motivasiya deməkdir. Bir gün yol gedəcəyik, bərpa üçün vaxtımız azdır. Hər halda, meydana çıxıb mübarizə aparacağıq və istəyirik ki, layiqli nəticə ilə ayrılaq.

- Ukrayna ilə oyuna hazırlıq məqsədilə Latviya ilə qarşılaşdınız. Hazırlıq üçün necə rəqib idi?

- Bu oyun çoxdan danışılmışdı, püşkatmadan sonra. Açıq danışaq, hər komanda da bizimlə oynamaq istəmir. Təbii ki, daha güclü rəqiblə qarşılaşmaq istəyərdik. Rəqib yoxdur. Hər halda, Ukraynaya qarşı tamam fərqli görüş izləyəcəyik.

- Əvvəlki matçlarda dördlü müdafiə ilə oynayırdız, bu dəfə fərqli düzülüş - beşli müdafiə gördük. Plan bu idi?

- Gözəl sualdı. Latviya və Ukrayna tamam başqa futbol oynayır. Amma beşli müdafiə ilə oynamağımız Ukrayna ilə görüşə müdafiə planında hazırlıq idi. Sırf onunla əlaqədardır. Hər dəfə axtarışdayıq, toplanışlarda yeni oyunçularımzı olur. Axtaraq, şans veririk. Latviya matçı da sırf onun üçün idi.

- Ukrayna ilə matçda hansı nəticəyə ümid edirsiniz?

- Rəqib qrupun lideridir. Bu komanda İngiltərəyə üç qol vurub. Çalışacağıq ki, müdafiədə etibarlı oynayaq. Öncə qol buraxmayaq, yəqin ki, əks-hücumlarda şansımızı gözləyəcəyik.

Elsevər Muradzadə

Oxşar xəbərlər

Bütün xəbərlər