Xəbər lentiwidget-title-icon

Renatın komandasından xal itkisi
Toral Bayramovun komandasından məğlubiyyət - VİDEO
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - VİDEO
"Qarabağ"ın "İmişli" üzərində qələbəsi - VİDEO
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Zaur Həşimov: "Öz diqqətsizliyimizdən qol buraxdıq"
"Qalibiyyətə layiq idik" - Kurban Berdıyev
"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Fərid Namazovdan məğlubiyyət şərhi
"Səbirli oynamaq lazım idi" - Qurban Qurbanov
"Şəfa" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan boksçusu Avropa çempionu oldu!
“Kür” ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
11 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Barselona" "Xetafe"yə şans vermədi - VİDEO
“Sabah” – “Slaviya” matçını bu hakim idarə edəcək
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzub
MPL: "Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı
Azərbaycan cüdoçularından dünya çempionatında rekord göstərici!
“Qəbələ” və “Araz-Naxçıvan”ın əvəzedicilərindən qələbə
"Sumqayıt" "Qəbələ"ni darmadağın etdi - VİDEO
Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi keçirildi
Zirədə vurulan 2 qol - VİDEO
"Sumqayıt"dan qələbə, Zirədə "sülh" - YENİLƏNİB
"Meydanda vuruşaraq xal qazandıq" - Azər Bağırov

Ağlamalı vəziyyət

"Neftçi" ötən gün "Sabah"la 1:1 hesablı heç-heçədən sonra finalın bir addımlığında "stop" edərək, Azərbaycan kubokuyla vidalaşdı.

Halbuki "ağ-qaralar" "val"ı dəyişə bilərdi. Çünki ilk oyundakı məğlubiyyət (oxu: 1:2) katastrofik, geridönüşü mümkün olmayan hesab deyildi. Hələ "Neftçi" üçün ən ümdə vəzifə kuboku qazanmaq idisə...

Samir Abasov "Neftçi"yə qayıtdıqdan sonra çempionatdakı cari halətdən sonra əsas diqqəti kuboka yönəltdiklərini və bu yolda əllərindən gələni edəcəklərini bildirmişdi. Etdilər, özü də əllərindən gələnin "ən yaxşısı"nı. Nəticədə Azərbaycan futbolunun tarixi, qocaman klubu avrokubok üzünə həsrət qalır. "Neftçi" adı üçün bundan rəzil durum ola bilərmi?

Final fitindən sonra bir tərəfdə böyük coşğu, sevinc, digər tərəfdə də dərin kədər, "hüsran" vardı.

"Ağ-qaralar"ın kapitanı Emin Mahmudov isə göz yaşlarına hakim ola bilmədi. Onun gözlərindən axan yaş yalnız dünənki məğlubiyyətin deyil, həm də komandasına, azarkeşlərə və özünə qarşı duyduğu böyük məsuliyyətin təzahürü idi. Mahmudov həm də "Neftçi"nin hazırkı durumuna ağlayır, üsyan edirdi.

Eminə yaxşı təkliflər də olmuşdu, amma getmədi. "Neftçi" ilə tarix yazmamış getmək niyyətindən daşındı. Amma, deyəsən, çox gözləməli olacaq. Tarix nüansı ancaq "Neftçi"nin adında qalıb.

Hələ Samir Abasov da mətbuat konfransında qırılmış ümidlərə görə azarkeşlərdən üzr istədi. Halbuki ikinci dəfə "ağ-qaralar"ın "sükanı arxasına" keçəndə kubokla bağlı çox iddialı danışmışdı. Azarkeş onsuz da "Neftçi"ni silən, kəsib atan deyil. Yenə də sevimli komandasının yanındadır/yanında olacaq.

Amma elə hər zaman olan da qərib fanata olur...

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər