Xəbər lentiwidget-title-icon

"Neftçi" "Sabah"la oyuna hazırdır
Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
Azərbaycan taekvondoçusu Fransada ikinci oldu
İspaniya nəhəngində yeni müqavilə - RƏSMİ
AFFA FİFA ilə bağlı UEFA çağırışına qoşulmayan yeganə üzv olub
1-ci Liqa: “Səbail”lə “Karvan-Yevlax”dan heç-heçə
AFFA nümayəndəsinə UEFA-dan yeni təyinat
"İmişli" məşqçisi ilə vidalaşdı
Azərbaycan cüdoçularından dünya çempionatında daha bir medal!
Gəncədə voleybol festivalı keçirilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Sumqayıtda minifutbol turniri keçirilib
Azərbaycan Kubokunda daha 3 komanda mərhələ adladı
"Sabah"ın ÇL matçına 50 minə yaxın bilet satılıb
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlanıb
DÇ: Murad Fətiyev 1/4 finalda
"Zaqatala”nın futbolçusuna “Ayın qolu” mükafatı təqdim olunub
Azərbaycanın iki cüdoçusu 1/8 finalda
Sertan Taşkın "Səbail"də
Boksçularımız yarımfinalda
“LANDAU Lions” İsveçrə klubuna məğlub olub
Azərbaycan millisi FİFA reytinqində geriləyib
Liderlik kürsüsündə şimal rüzgarı: “Şahdağ Qusar” Zaqatala səddini rahatlıqla keçdi
Azərbaycan idmançıları Misirə yollanıb
Azərbaycanın 23 güləşçisi DÇ-də mübarizə aparacaq

“Neftçi” etdi, növbə “Qarabağ”dadır…

Bu gün “Neftçi” Futbol Klubu yaxşı bir təşəbbüs göstərərək stadionlarındakı böyük tribunalarından birinə Anatoli Banişevskinin adını verib.

Onlar bu gün anadan olmasından 80 il ötən əfsanəvi futbolçunun xatirəsinə ehtiram olaraq bu addımı atıblar. Hər bir klubumuz üçün müsbət nümunədir.

Yeri gəlmişkən, “Qarabağ” Futbol Klubu da “Azərsun Arena”dakı tribunalardan birinə komandanın məşqçisi və kapitanı olmuş Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun adını verməklə onun əziz xatirəsini əbədiləşdirmək, gələcək nəsillərə və əcnəbilərə tanıtmaq yolunda mühüm töhfə vermiş olar. Və ya arenada onunla bağlı xüsusi bir guşə yaratmaqla.

Qeyd olunmalıdır ki, bu il aprelin 22-də isə Allahverdi Bağırovun da 80 illiyidir. Həmin tarixə qədər bu işi həyata keçirmək şəhidimizin də ruhunu şad edərdi.

Yeri gəlmişlən, tribunalara ad vermək ənənəsi onilliklərdir mövcuddur. Məsələn, “Mançester Yunayted”in stadionunda Aleks Fergüson, “Arsenal”ın arenasında Arsen Vengerin adını daşıyan tribunalar var.

Gələcəkdə bəlkə bizdə də ənənəyə çevriləcək bu prosesin başlanması müsbət hadisədir.

Aydın Bağırov, Qol.az

Oxşar xəbərlər


Bütün xəbərlər