Xəbər lentiwidget-title-icon

"Şaxtyor" "Çelsi"nin stadionunda oynayacaq
Azərbaycan millisi bu yığma ilə yoldaşlıq oyunu keçirəcək
Elhad Nəziri "Gəncəbasar"ın baş məşqçisi oldu - RƏSMİ
Azərbaycan ağırlıqqaldıranından Avropa birinciliyində 3 medal
"Sabahın Ulduzları": "Qarabağ" və "Sabah"dan qələbə
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlanıb
Məşhur futbolçu "Vest Hem"də
Kabo-Verde millisində yeni baş məşqçi
Təcrübəli futbolçuyla müqaviləyə xitam verildi
"Sabah"ın oyununa 15 min bilet satıldı!
Əvəzedicilər Liqasında 2-ci turun oyun cədvəli açıqlanıb
İngiltərə klubunda yeni müqavilə
"Çelsi"dən "Kristal Pelas"a
"Zirə"dən ayrıldı, Kamboca klubuna keçdi
Azərbaycan boksçusu Avropa çempionatının finalında!
21 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
UEFA reytinqi: Azərbaycan klubları rekordu yenilədi
"Sabah"da yeni legioner - RƏSMİ
“Neftçi SOCAR” Bordoda mübarizəni dayandırıb
Nuray Əbilovadan Avropa birinciliyində 2 medal
Nigeriyalı futbolçu "Karvan-Yevlax"da - RƏSMİ
Ramil Şeydayev oynadı, komandası qalib gəldi
"Qarabağ" "Tvente"ni belə məğlub etdi – VİDEO
Qurban Qurbanov: "Bu, hələ ilk oyundur"
"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNİB

Dünya çempionatına 3 saatlıq uçuş, futbol adına 30 illik uzaqlıq, həsrət...

Uzaq olmayan Qətərdə keçirilən mundial, Azərbaycanda davam edən çempionat, kubok yarışları...

200 milyarddan çox infastruktur, futbol yatırımı, evdə qonşuları Səüdiyyə Ərəbistanı, İran qədər çıxış edə bilməmək... Azərbaycan futbolunda da formalaşmış "hər şey puldan asılıdır" anlayışının Qətər tərəfindən bir daha alt-üst edilməsi...

Vəsait nə qədər önəmli olsa da, futbolda hər şey maddiyyatdan asılı deyil. Olsaydı, ölkəsində müasir arenası belə olmayan Xorvatiya bu günlərə gəlib çıxa bilməzdi. Bunun Mərakeşi, yaxın keçmişdə soyuq, futbol ölkəsi sayılmayan İslandiya nümunəsi var...

Böyük futbolun öz tələbləri, incəlikləri, peşəkarlığa söykənən strateji quruculuğu, təşkilatçılığı var... Millidə autsayderliyi təmin edən önəmsiz qələbələrə 50-60 min mükafat verilir(di), hətta "önəmli" məğlubiyyətlər də diqqətsiz qalmırdı...

Dünya çempionatı fonunda ölkə futbolundakı vəziyyət, paralel baxışlar düşüncələri dəyişməli, köhnə-yeni, doğru olan yanaşma formalaşdırmalıdır. Dolu tribunaların olması üçün meydanda keyfiyyətli futbol gərəkdir...

Bir tərəfdə futbolu dağıdıb aradan çıxanların Parisdən vurub 200 milyardlıq Qətərdə şam yeməyi fotosesiyaları, digər tərəfdə Xəzərin dalğaları önündə ideoloji qalıqların "yetişdirdikləri" 200 minlik futbolçu ordusunun boş tribunalar qarşısında 15-20 illik fəaliyyətlərinin 30 illik yubiley "inkişaf"larının qeyd edilməsi...

Azərbaycan futbolunun pul yox, böyük futbol düşüncəsi problemi var. Diletant, həvəskar özfəaliyyətlə futbol dirçələ bilməz! Üstəgəl Vətən, xalq sevgisi, niyyət saflığı olmayanda - ölkə futbolunun indiki durumu bərqərar olur!

Son günlər də futbolda yeni gündəm gündəmdən düşmür. Heç bir maliyyə problemi olmayan "Neftçi"nin daha çox pulu olsa, qışın soyuğunda günəşli sabahlar açılacaq. Hələ ki, futbolu "düşünənlərin" başı vəzifə kreslolarının qorunmasına qarışıb.

Qətərdə mundial finişə yaxınlaşsa da, Azərbaycan futbolunun qatar yollarının relsləri sıradan çıxıb, dağıdılıb. Vaqon-kabinetlər istidir, soyuq olan yaşıl meydanlardakı keyfiyyətsizlik, ümidsizlikdir. Futbol təsərrüfatının rahat vəzifə yolları finallara yox, fərqli yerlərə aparır... Azarkeşlərin coşdurduğu tribunalar, həsrətlə gözlədikləri böyük futbol olmasa da olar. Əsas, qatarsız təyyarə reyslərinin, otellərin, yeməklərin sifarişi, stadionların "malalanması", hər altıaydan bir bir dəstə futbolçunun gətirilib yola salınması, kök salmış ideoloji "alaq"ların təmizlənməsinə imkan verilməməsidir...

Futbol yaddan çıxıb, kabinet oyunları davam edir. Bunun üçün dərin futbol biliyinə ehtiyac yoxdur. Kim(lər) gedəcək, kim(lər) qalacaq, kim(lər)ə yaxşı olacaq... Zaman göstərəcək... Təki futbol relsləri düzəlsin, təzə sürət qatarı Azərbaycan futbolunu layiq olduğu finallara, "Neftçi" daxil klublarımızı Avropa qruplarına daşısın...

Tahir Süleymanov

Oxşar xəbərlər


Bütün xəbərlər

"Şaxtyor" "Çelsi"nin stadionunda oynayacaq
Azərbaycan millisi bu yığma ilə yoldaşlıq oyunu keçirəcək
Elhad Nəziri "Gəncəbasar"ın baş məşqçisi oldu - RƏSMİ
Azərbaycan ağırlıqqaldıranından Avropa birinciliyində 3 medal
"Sabahın Ulduzları": "Qarabağ" və "Sabah"dan qələbə
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlanıb
Məşhur futbolçu "Vest Hem"də
Kabo-Verde millisində yeni baş məşqçi
Təcrübəli futbolçuyla müqaviləyə xitam verildi
"Sabah"ın oyununa 15 min bilet satıldı!
Əvəzedicilər Liqasında 2-ci turun oyun cədvəli açıqlanıb
İngiltərə klubunda yeni müqavilə
"Çelsi"dən "Kristal Pelas"a
"Zirə"dən ayrıldı, Kamboca klubuna keçdi
Azərbaycan boksçusu Avropa çempionatının finalında!
21 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
UEFA reytinqi: Azərbaycan klubları rekordu yenilədi
"Sabah"da yeni legioner - RƏSMİ
“Neftçi SOCAR” Bordoda mübarizəni dayandırıb
Nuray Əbilovadan Avropa birinciliyində 2 medal