Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Neftçi"li Camalovun ilk açıqlaması

"Neftçi" kimi tarixi zəngin olan və böyük bir klubda olmaq böyük hissdir. Çox həyəcanlıdır. İnşallah, bu həyacanı yenib, komanda üçün faydalı olmağa çalışacağam".

Pressing.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Elvin Camalov klubun mətbuat xidmətinə verdiyi açıqlamasında deyib.

O, "ağ-qaralar"ın uğurlara nail olması üçün çalışacağını bildirib:

"Ümid edirəm və inanıram ki, "Neftçi" daha yuxarı yerlərdə olacaq. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Daha yaxşı nəticələr qazanmaqda mən də pay sahibi olmaq üçün ən yaxşısını edəcəyəm. Hər bir futbolçunun arzusu olduğu kimi, mən də bu arzuya nail olduğum üçün sevincliyəm".

29 yaşlı yarımmüdafiəçi Bakı klubunda olmağın böyük məsuliyyət olduğunu bildirib:

"Bu, bir arzu, sevinc olduğu kimi də, burada olmaq böyük məsuliyyət də tələb edir. Çünki burada azarkeşlərin istəyi və gözləntiləri daim yuxarılardır. Mən də azarkeşlərə dəstəklərini əsirgəməməklərini söyləmək istəyirəm. İnanıram ki, azarkeşlər də "Neftçi"ni sevdiyi kimi, hər bir futbolçuya qiymət verdiyi kimi, mən də "Neftçi" camiəsinin əsas və sevilən futbolçusu olaraq dəstəklərini davam etdirməklərini gözləyirəm.

Çünki "Neftçi" böyük camiədir. İnşallah, uğura nail olacağıqsa, bir yerdə edəcəyik. Düşünürəm, əsas məqsədimiz çempionatda oyundan oyuna 3 xalları qazanıb maksimum yuxarı qalxmaq və ölkə kubokunun qalibi olaraq avrokuboklara vəsiqə qazanaq".

Oxşar xəbərlər