ŞOK! Mahir Emrelini vurdular, ara qarışdı – VİDEO » Pressing.Az
ŞOK! Mahir Emrelini vurdular, ara qarışdı – VİDEO
Dünya Futbolu / Pressing Tv / Hadisə 14-07-2025, 14:08

Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern”in yoldaşlıq görüşü çərçivəsində İngiltərənin “Notts Kaunti” klubu ilə oyununda qalmaqal yaşanıb.

Pressing.az xəbər verir ki, ingilislərin futbolçusu Barri Kotter Mahir Emreliyə arxadan zərbə endirib.

Nəticədə ara qarışıb. Futbolçular bir-birinin üzərinə hücum çəkiblər.

Barri Kotter qırmızı vərəqə görərək meydandan qovulub.

Videonu təqdim edirik: