"Neftçi"dən bayrağımızı Olimpiadada yüksəldən adama qarşı haqsızlıq
Bakıda 15 yaşlı futbolçular arasında dünya çempionatı kimi mötəbər turnir keçirildiyi bir vaxtda "Neftçi"nin akademiyasında xoşagəlməz hadisə yaşanıb.
Belə ki, cəmi 1 ay əvvəl “Neftçi”nin 14 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunan Araz Qulamov işdən çıxarılıb. Lakin Qulamova işdən çıxarılması ilə bağlı heç bir səbəb göstərilməyib. Üstəlik, A kateqoriyalı mütəxəssisə təzminat da ödənilməyib. Halbuki bir neçə gün əvvəl ona klubdan bildirilib ki, kompensasiya ödəniləcək. Fəqət bu vəd də yerinə yetirilməyib.
Pressing.az-a danışan Araz bəy illərdir Azərbaycan futboluna xidmət etdiyini, lakin "Neftçi" rəhbərliyi tərəfindən ona qarşı böyük haqsızlıq olunduğunu deyib:
"Mərhum atam Bəxtiyar Qulamov 10 il "Neftçi"nin şərəfini qoruyub, 100-dən çox oyun keçirib. Klub üçün unudulmaz adlardan biridir. Özüm Samir Əliyevin baş məşqçi olduğu dövrdə U-21 millimizdə çalışmışam. Mərhum Sadıq Sadıqovun dövründə Peterburq şəhərində Rusiyanın 100 illiyinə həsr olunmuş 16 MDB ölkəsi arasında keçirilən turnirdə "Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası ilə qızıl medal qazanmışam, çempionluq yaşamışam. Həmin dövrdə komandamız Rusiyaya "flaqman" kimi dəvət olunmuşdu. Həmin kubok indi də klubun muzeyindədir. Yaxşı, necə olur ki, indi "Neftçi"nin 14 yaşlıları ilə işləyə bilmirəm? O cümlədən U-17 və U-19 komandalarında da fəaliyyət göstərmişəm. Türkiyənin Konya şəhərində keçirilən İslam Oyunlarının bürünc medalçısıyam. Hansı ki həmin yarışda cənab Prezident İlham Əliyev də iştirak etmişdi. Milli komandaya neçə-neçə futbolçu vermişəm. Bu gün isə "Neftçi" məni heç bir əsas, tutarlı səbəb olmadan işdən çıxarır. Bu bir yana, təzminat da ödəmirlər. Bunlar heç düşünmür ki, bu məşqçi işsiz qaldı, bəs qarşıdakı aylarda nə ilə dolanacaq? Bu qədər də düşüncəsizlik olar?!".

Qulamov bildirib ki, işdən çıxarılmasına səbəb fəaliyyətini düzgün yerinə yetirməsi, akademiyada ənənəvi metodikasını tətbiq etməsi olub:
"Açıq danışacam, akademiyaya elə uşaqlar gəlir ki, bəziləri rüşvət, tapşırıq əsasında hər oyunda meydana çıxırlar. Mən isə imkansız uşaqları da maksimum dərəcədə oynatmağa çalışırdım. Onlar da azərbaycanlı övladlarıdır. Aralarında böyük perspektiv, gələcək vəd edən uşaqlar var. Niyə onlar ehtiyat oyunçular skamyasında oturmalı, digərləri isə pul qarşılığında hər matçda meydanda olmalıdır? Bu mənim təfəkkürümə, yanaşmama ziddir. Hətta elə valideyn vardı ki, gəlib deyirdi "Mənim oğlum 6 ildir burdadır və bütün oyunlarda oynamalıdır". Bildirirdim ki, sənin oğlun "Neftçi" ilə ömürlük müqavilə bağlayıb ki, bütün matçlarda meydanda olsun? Əlqərəz, bütün bunların fonunda klubdan bilirsiniz mənə nə dedilər? Söylədilər ki, "Sizin metodika akademiyanın təsdiq olunmuş metodika və proqramına uyğun gəlmir". Mənim düzgünlüyüm, disiplin qurmağa çalışmağımmı akademiyanın metodikasına ziddir? Adam deməyə söz tapmır... Cenk Sümerin "Neftçi"yə gəlişindən sonra akademiyada xeyli türkiyəli məşqçilər peyda olub. Təsəvvür edin, çoxunun kateqoriyası yoxdur, amma mənim işdən çıxarılmağıma qol çəkməkdə çox "peşəkar"dırlar. Hələ orada bir türkiyəli məşqçi var, onu "bağban" adlandırırdım. Adamın futboldan az qala anlayışı yoxdur, amma o, akademiyada qalacaq, pul qazanacaq, illərini Azərbaycan futboluna verən Araz Qulamov isə yox. Əlbəttə, davam pul davası deyil, belə hörmətsizlik, haqsızlıq insana olduqca pis təsir edir".

Həmsöhbətimiz bu məsələ barədə klubun futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizova da müraciət etdiyini, lakin müsbət cavab almadığını söyləyib:
"Zaur Əzizovla da danışmışam. Lakin bu məsələyə başdansovdu yanaşıb. Bir sözlə, yaxasını kənara çəkib. Hələ ona bildirəndə ki, bu məsələ barədə şikayət edəcəm, cənab Prezidentə müraciət ünvanlayacağam, mənə bilirsiz nə dedi? – "Get hara istəyirsən şikayət elə".
Mən də dövlətimizin başçısı, ölkədə idmanın inkişafı üçün hər zaman öz dəstəyini verən cənab Prezidentimizə müraciət edərək, bu məqamla bağlı mənə yardımçı olmağını xahiş edirəm. Azərbaycanda 15 yaşlılardan ibarət dünya çempionatının keçirildiyi ərəfədə ölkənin tarixi klubundan bir azərbaycanlı məşqçiyə qarşı bu cür davranış göstərilməsini şiddətlə qınayıram. Təkcə özüm yox, bu cür hallarla qarşılaşan digər mütəxəssislər üçün də cənab Prezidentə müraciət edirəm. Ümid edirəm ki, dövlət başçısı hər zaman olduğu kimi, idmançılarımızın yanında olacaq.

Daşqın Əziz