Xəbər lentiwidget-title-icon

“Real”ın yetirməsi “Araz-Naxçıvan”da!
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə" - RƏSMİ
“Kəpəz”in yeni baş məşqçisi açıqlandı
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verilib
"Xankəndi" onları göndərdi - RƏSMİ
Ayxan Hüseynov "Turan Tovuz"dan ayrıldı
“Zirə”nin rəqibindən xal itkisi
"Qarabağ"dan ayrılan Fabiyan Buntiç Portuqaliya klubunda
23 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Gəncə” məşqçisi ilə vidalaşıb - RƏSMİ
DÇ-2026: Fransa və Norveç pley-off-da, Özbəkistan Portuqaliyaya qarşı
“Zirə”nin “Torpedo” ilə oyunlarının məkanı və vaxtı müəyyənləşib
Andrade "Qarabağ"dan ayrılır? – Meneceri açıqladı
Azərbaycan taekvondoçularından Qazaxıstanda üç medal
Demiçelis Bundesliqa klubunda - RƏSMİ
Messi dubl etdi, hamını qabaqladı
DÇ-2026: Messi Argentinaya qələbə qazandırdı
Azərbaycan oxatanları üçün İspaniya sınağı
Millimizin rəqibləri müəyyənləşib
Azərbaycan millisi (Qadınlar) nazirlə görüşdü
Azərbaycanı Litvadakı reqatada 5 idmançı təmsil edəcək
Qazaxıstan millisində istefa
İranın qapıçısının mükəmməl oyunu - VİDEO
Respublika İdman Olimpiadası keçirilir
Azərbaycan millisi son oyunda da uduzdu

"Qarabağ"ın qapı labirinti: Səhvlərdən dərs çıxarmamaq da bir "bacarıq"dır

UEFA Avropa Liqasında FKSB qarşısında alınan məğlubiyyətdən (2:3) sonra "Qarabağ"ın qapıçı mövqeyi yenidən diqqət mərkəzinə düşdü. Sanki bu mövqe azarkeşlərə həyəcan, rəqiblərə isə əlavə "hədiyyələr" bəxş etmək üçündür.

Buntiçin oyundakı kobud səhvlərini izləyənlər qəribə bir dejavü yaşadı. Yadıma Mateuş Koxalski, Amin Ramazanov, Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Andrey Lunyov və əvvəlki qapıçıların oxşar "performans"ları düşdü. "Qarabağ"ın qapıçılarının çıxışları yarımmövsümlük şedevr və ardınca gəlib-keçən səhvlər zolağıdır sanki.

Elə bil Ağdam təmsilçisinin qapıçılarını uğursuzluğa sürükləyən bir "qapı mistikası" mövcuddur. Yoxsa qapıçı məşqçisi Elxan Həsənovun hərəkətsizliyi bu mənzərənin əsl səbəbidir? Əfsanəvi "Oser faciəsi"ndə (0:10) (oyunun videosuna linkə daxil olaraq baxa bilərsiniz) Həsənovun meydanda göstərdiyi "qəhrəmanlıq" stajlı azarkeşlərin yaddaşında hələ də təzədir. Finlandiyadakı legioner həyatı da anoloji səhvlərə görə sonlanmışdı.

Rusiya mətbuatında "köhlən atlar"ın keçmiş qapıçısı Andrey Lunyovun meneceri Smirnovun dedikləri (videoya baxmaq üçün linkə daxil ola bilərsiniz) hələ də yaddaşlardadır: "Qarabağ"da qapıçı hazırlığı işi yoxdur, qapıçı məşqçisi Elxan Həsənov olduqca zəifdir. Klub rəsmiləri də bunu etiraf ediblər".

Elə həmin Lunyovun uğurlu ilk aylarını "alman baqajına" borclu olduğumuz da təsdiqləndi.. "Baqaj" boşalanda isə səhvlər başladı.

"Qarabağ"ın sosial media hesablarında məşq videolarında Həsənovun əli belində dayanıb, "qapıçılara baxdığı" kadrlar isə azarkeşləri gülüşə boğur. Deyəsən, Həsənovun məşq metodları da oyun performansından fərqli deyil.

Azarkeşlər sosial mediada hər yeni səhv haqqında ironik şərhlər yazır, rəqib tərəf isə hər hədiyyəni böyük sevinclə qəbul edir. Milyonlarla manat da beləcə əldən gedir...

Baş məşqçi Qurban Qurbanov üçün qərar vermək çətindir. Dostluq bir tərəfə, hər səhv nəticədə klubun adını zədələyir. Lakin görünür, Qurbanov bunu "Qarabağ"ın “futbol DNK-sı” olaraq qəbul edir.

"Qarabağ"ın qapıçı problemi həm meydanda, həm də meydandan kənarda ironiya mövzusuna çevrilib. Gözləyək və görək, bu labirintdən bir çıxış yolu tapılacaqmı, yoxsa "Qarabağ “özünəməxsus qapıçı stili” ilə "tarix yazmağ"a davam edəcək?

Mənbə: Sportliqa.az

Oxşar xəbərlər


Bütün xəbərlər

“Real”ın yetirməsi “Araz-Naxçıvan”da!
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə" - RƏSMİ
“Kəpəz”in yeni baş məşqçisi açıqlandı
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verilib
"Xankəndi" onları göndərdi - RƏSMİ
Ayxan Hüseynov "Turan Tovuz"dan ayrıldı
“Zirə”nin rəqibindən xal itkisi
"Qarabağ"dan ayrılan Fabiyan Buntiç Portuqaliya klubunda
23 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Gəncə” məşqçisi ilə vidalaşıb - RƏSMİ
DÇ-2026: Fransa və Norveç pley-off-da, Özbəkistan Portuqaliyaya qarşı
“Zirə”nin “Torpedo” ilə oyunlarının məkanı və vaxtı müəyyənləşib
Andrade "Qarabağ"dan ayrılır? – Meneceri açıqladı
Azərbaycan taekvondoçularından Qazaxıstanda üç medal
Demiçelis Bundesliqa klubunda - RƏSMİ
Messi dubl etdi, hamını qabaqladı
DÇ-2026: Messi Argentinaya qələbə qazandırdı
Azərbaycan oxatanları üçün İspaniya sınağı
Millimizin rəqibləri müəyyənləşib
Azərbaycan millisi (Qadınlar) nazirlə görüşdü