Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da » Pressing.Az
Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da
Azərbaycan Futbolu 16-07-2024, 13:09

"Qarabağ" heyətini daha bir qolkiperlə gücləndirib.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisi Şahruddin Məhəmmədəliyevlə anlaşıb.

Azərbaycan çempionu artıq onunla rəsmi müqavilə imzalayacaq.

Tərəflər arasında rəsmi anlaşma olub. "Qarabağ" Şahruddinlə bir illik müqavilə imzalayacaq.

30 yaşlı qapıçı 2016-2023-cü illərdə "Qarabağ"ın qapısını qoruyub. (Sportal.az)