"Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlanıb
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.
Pressing.az xəbər verir ki, bu haqda Azərbaycan Futzal Federasiyasının saytı məlumat yayıb.
Təmsilçimiz oktyabrın 27-də Macarıstanın “Uypest”, ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq. “Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da “Piast”a qarşı keçirəcək.
Qeyd edək ki, 5-ci qrupun oyunları Polşanın Qlivice şəhərindəki “Prezero Arena”da keçiriləcək. Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.