Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmasından ardıcıl üçüncü qələbə!
Valdas Dambrauskas: "Əminəm ki, komandam bunun öhdəsindən gələcək"
Rəhim Həsənov "Turan Tovuz"un qolunun sayılmamasını TƏSDİQLƏDİ
"Hapoel"in baş məşqçisi: "Sabah"ın təhlükəli futbolçuları var"
Su İdman Növləri Federasiyası SUP (ayaqüstü avarlı lövhə) üzrə turnir keçirib
Niderland yığmasından Bakıda ikinci qələbə
"Sumqayıt"dan ayrılan futbolçu Sloveniya klubuna keçdi
Qubada “Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi
Fabinyo da “Trabzonspor”da - RƏSMİ
Azərbaycan yığmasına seçimlər davam edir
“Öz əməlimlə, öz işimlə həmişə verdiyim sözün üstündə durmuşam” - Ayxan Abbasovla GENİŞ MÜSAHİBƏ
Azərbaycan çempionatlarında 39-cu qapıçı
“Neftçi”nin 300-cü ev qələbəsi
“Sabah”ın oyununa 20 min bilet satıldı!
"Neftçi"dən darmadağın - VİDEO
“Kəpəz” – “Gəncəbasar” oyununda 6 qol
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu olub
Azərbaycan güləşçilərindən DÇ-nin son günündə 2 medal
"Turan Tovuz" - "Şamaxı" oyununda bərabərlik - VİDEO
Yuri Vernidub: "İki qələbədən sonra göylərdə uçmaq lazım deyil"
"Neftçi"dən darmadağın, Tovuzda "sülh" - YENİLƏNİB
Kurban Berdıyev: "Hamı qol olduğunu gördü, hakim görmədi”
AÇ: Azərbaycan millisindən növbəti qələbə

“Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri müəyyənləşib

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Pressing.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib. Naxçıvan klubu F qrupunda Ljuti Krajişniç (Avstriya), PYF Saltires (Şotlandiya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.

İlkin mərhələdə ümumilikdə 32 komanda 8 qrupda mübarizə aparacaq və ancaq qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaq. Onlar B yolundakı qruplara səpələnəcək. A yolundakı 4 qrupun hər birindən 3, B yolundakı 4 qrupdan isə ancaq liderlə mübarizəni davam etdirmək hüququ qazanacaq. Əsas mərhələnin oyunları oktyabrın 26-dan noyabrın 2-dək baş tutacaq.

Onu da qeyd edək ki, cari mövsümdə elit-raund olmayacaq. Oyunlar ilk dəfə fərqli formatda keçiriləcək. Belə ki, əsas mərhələdən sonra komandalar 1/8 və 1/4 finalda iştirak edəcəklər. B yolunun qalibləri və A yolunun 3-cüləri A qrupunun birinci və ikinci pilləni tutmuş klubları ilə üz-üzə gələcəklər. Qalib ev-səfər olmaqla 2 oyunun ümumi nəticəsinə əsasən müəyyənləşəcək. Cütlüklər püşkatma yolu ilə müəyyənləşəcək. Püşkatma noyabrın 6-da, oyunlar isə noyabrın 24-də dekabrın 5-də keçiriləcək. Təmsilçimiz bu mərhələyə yüksəlsə, 7-ci qrupda Yunayted Qalati (Rumıniya), Differdanje 03 (Lüksemburq) və B qrupunun qalibi (Tiger Roermand (Niderland), Bajo Pivljanin (Monteneqro), Vllaznia (Albaniya) və İsbjorninn (İslandiya) ilə qarşılaşacaq.

1/8 final mərhələsində keçiriləcək 2 oyunun ümumi nəticəsində qələbə qazanan komandalar 1/4 finalda rəqib olacaqlar. Burada da qalib cütlüklər arasında gələn il fevralın 23-də və martın 6-da keçiriləcək 2 oyunda (ev-səfər) müəyyənləşəcək.

Final turnirində isə 4 komanda iştirak edəcək. Yenə yarımfinal oyunları keçiriləcək. Qaliblər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Oyunlar mayda baş tutacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər