Xəbər lentiwidget-title-icon

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI

Yeni mövsüm üçün format və oyun cədvəli - Çempionlar Liqası

UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün formatı və oyun günü cədvəli açıqlanıb.

Pressing.az
xəbər verir ki, “Dördlər final”ına gedən yol ilkin, əsas və elit raunddan keçəcək. Yenə milli komandaların reytinq cədvəlində “ilk 4-lükdə” qərarlaşan ölkələrin (Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiya) hər biri 2, digər federasiyalar 1 klubla (Rusiya ümumiyyətlə yarışda təmsil olunmayacaq) təmsil olunacaq.

Çempionlar Liqasının son qalibi “Palma” (İspaniya) və reytinq cədvəlinin 1-11 və 16-19-cu pillələrində yer alan klublar əsas mərhələnin A, digərləri isə B yolunda mübarizə aparacaqlar.

Oyun günləri və püşkatma tarixləri

İlkin və əsas mərhələnin püşkü: 4 iyul

İlkin mərhələnin oyun günləri: 20-25 avqust

Əsas mərhələnin oyun günləri: 22-27 oktyabr

Elit raundun püşkatması: 31 oktyabr

Elit raundun oyun günləri: 26 noyabr – 1 dekabr

Final mərhələsinin püşkü: Hələ müəyyənləşməyib

Final mərhələsinin oyun günləri: 1 və ya 2 – 3 və ya 4 may

Format

İlkin mərhələdə reytin cədvəlinin aşağı pillələrində yer alan komandalar mübarizə aparacaq. İştirakçılar hər birində 4 klub olmaqla (saydan asılı olaraq 3 də ola bilər) qruplara bölünəcəklər. Püşkatma vaxtı oyunların keçiriləcəyi ölkə də müəyyənləşəcək. Buradan qrup qalibləri və saydan asılı olaraq bir və ya bir neçə ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan kollektiv əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələ (22-27 oktyabr)

A yolu

Qeyd etdiyimiz kimi, son çempion “Palma”, reytinq cədvəlində 1-11 və 16-19-cu yerlərdə qərarlaşan klublar (cəmi 16) bu yolda mübarizə aparacaq. Hər qrupda 4 komanda olacaq, onlardan 3-ü elit-raunda vəsiqə qazanacaq.

B yolu

Burada isə reytinq cədvəlində 12-15 və 20-ci sıra və sonrakı pillələrdə yer alan bir neçə komanda, eləcə də ilkin mərhələdən əsas mərhələyə yüksələcək kollektivlər yer alacaq. Ümumilikdə 16 komanda olacaq və onlar da hər birində 4 klub olmaqla 4 qrupa bölünəcəklər. Buradan isə ancaq qrup qalibləri elit-raunda yüksələcək.

Elit-raund (26 noyabr – 1 dekabr)

Elit-raundda ümumilikdə 16 komanda iştirak edəcək. Oktyabrın 31-də qruplar müəyyənləşəcək. Yekunda 4 qrup qalibi “Dördlər finalı”nda oynamaq hüququ qazanacaq. Final mərhələsi isə mayda keçiriləcək. Əvvəlcə yarımfinal matçları baş tutacaq. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda yarışacaqlar.

Oxşar xəbərlər

Bütün xəbərlər