UEFA Region Kubokunun püşkü atılıb » Pressing.Az
UEFA Region Kubokunun püşkü atılıb
Dünya Futbolu 11-12-2025, 10:26

İsveçrənin Nyon şəhərində UEFA Region Kubokunun 2026/2027-ci illər mövsümünün ilk raundunun püşkü atılıb.

Pressing.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək komanda ilkin mərhələdən mübarizəyə başlayacaq.

Azərbaycan komandası ilkin mərhələnin 7-ci qrupunda Polşa, Türkiyə və Rumıniya kollektivləri ilə mübarizə aparacaq. Bu raundun oyunları 2026-cı ilin sentyabr-dekabr ayları aralığında Türkiyədə baş tutacaq.