Minifutbol meydançasının açılış mərasimi olub
Qaradağ rayonunun Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı baş tutub.
Pressing.az xəbər verir ki, açılış mərasimində nazir Fərid Qayıbov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin üzvü Aydın Hüseynov və Puta qəsəbə sakinləri iştirak ediblər.
Fərid Qayıbov idman zalı və minifutbol meydançasında yaradılmış şəraitlə tanış olub, burada məşqlərin və yarışların təşkili üçün yaradılan imkanlarla maraqlanıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa olunan zalda voleybol, basketbol, badminton, güləş, boks, gimnastika, stolüstü tennis, bilyard, fitnes və şahmat üzrə məşqlərin və yarışların keçirilməsi üçün müvafiq şərait yaradılıb. Bundan əlavə, kompleksin ərazisində minifutbol meydançası və köməkçi sahələr istifadəyə verilib.